LAXLAMAQ

f. Yerindən oynamaq, yerində möhkəm durmamaq, lax olmaq, tərpənmək, boşalmaq; möhkəmliyini, sabitliyini itirmək. Stulun qıçları laxlayır.
– Kərbəlayı Ağcanın fikrində bu idi ki, … Kazımı çəpərə elə çırpsın ki, çəpərin taxtaları laxlasın. Çəmənzəminli.
Hələ də [Nisə xalanın] ağzında bircə dişi laxlamayıb. Qantəmir.

// məc. Sarsılmaq, möhkəmliyini itirmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LAXLAMAQ boşalmaq — tərpənmək — çalxalanmaq
LAXLAMA
LAXLAMIŞ

Digər lüğətlərdə

ку́па прессовщи́ца приоде́ться программи́рование расточи́ть ректифика́тор вулкано́лог инициа́тор отве́ять та́мбурный фотоплёнка мириада олтарь Arabism buhrstone captivity elegiac New Guinea sulphatize отбрасывать пантеизм перекатывать перочинный послевоенный электрооборудование