Leopard 1
Leopard 1 (alm. Leopard) — Almaniya istehsalı olan 2-ci nəsil əsas döyüş tankıdır. İlk olaraq 1965-ci ildə Alman Federal Ordusunun (Bundeswehr) xidmətinə olmuşdur. Alman Kraus Maffei Weggman firması tərəfindən ardıcıl istehsalına 1965-ci ildə başlanılmış və 1984-cü ilə qədər istehsalı davam etdirilmişdir, Almaniyanın xaricində İtalyada da istehsal edilmişdir. Ümumi 4000 ə üzərində Leopard 1 Almaniyada çıxarılmışdır.
Bu tank Bundeswehr xaricində Avstraliya, Belçika, Braziliya, Kanada, Çili, Danimarka, Yunanıstan, İtaliya, Livan, Hollandiya, Norveç və Türkiyə ordularında da istifadə edilməkdədir. Ümumilikdə 6485 Leopard 1 tankı satılmışdır.
İstehsalçı ölkə: Almaniya
Tip: Əsas döyüş tankı
İstehsalçı firma: Kraus-Maffei Wegmann
İstehsal tarixi: 1964 – 1984
Xidmətə giriş ili: 1966 – günümüzə
İstehsal sayı: 6000 ədəd
Ekipaj: 4 nəfər
== Ölçülər ==
Ağırlığı: 42.4 ton
Uzunluğu: 7.09 m
Lülə daxil olmaqla: 9.54 m
Lülənin uzunluğu: 5.89 m
Eni: 3.41 m
Hündürlüyü: 2.76 m
Klirens: 0.44 m
== Müdafiə ==
Zirehi: diyirlətmə homogen polad
Zireh qalınlığı: 10–70 mm
Sis bombaları
Tank ekipajının Nüvə, Bioloji və Kimyəvi silahlarının təsirlərindən müdafiəsi (NBC qorunma)
== Performans ==
Zəminə təzyiq: 0.85 kq/sm ²
Dalış dərinliyi: 2.2 m (şnorkelsiz), 4 m (şnorkellə)
Xəndək keçmə: 3 m
Maneə keçmə: 1.15 m
Qalxma bucağı: 60º (Dikinə); 40º (Yana)
Mühərrik: MTU MB 838 Ca M500 dizel
At gücü: 830
Yanacaq çəninin tutumu: 985 litr
Maksimal sürət: 62 km/saat
Döyüş radiusu (Hərəkət ehtiyatı və ya mənzili): 600 km
Asqı tipi: fərdi burulma bar
== Optik sistemlər ==
Komandirin optik və idarəetmə sistemi: TRP-1A
Panoramik baxış sistemi: TEM 2A (8x) və (16x) böyütmə
== Silahlanma ==
Əsas silahı: 105 mm-lik “L7A3” yivli topu
Kalibr: 105 mm
Lülənin qalxma bucağı: –9º... +20º
Üfüqi tuşlama bucağı: 360º
Mərminin başlanğıc sürəti: 737–1475 metr/saniyə
Atış tezliyi: 10 atış/dəqiqədə
Atəş məsafəsi: 2 km
Maksimal atəş məsafəsi: 5 km
Döyüş sursatı: 60 ədəd
– 2 ədəd 7.62 mm “MG3” pulemyotu
Kalibr: 7.62 mm
Mərmi: 7.62x51 mm NATO
Atış tezliyi: 1000-1300 atış/dəqiqədə
Güllənin başlanğıc sürəti: 820 metr/saniyə
Atəş məsafəsi: 1.2 km
Maksimal atəş məsafəsi: 3.75 km
Mərmi sayı: 5200 ədəd
== Tarixi ==
Bundeswehr, yeni bir tank hazırlama məqsədiylə Leopard proyektini 1956-cı ildə başladı. Bu layihənin başlama səbəbləri; Bundeswehrin əlindəki bütün tankların ABŞ istehsalı M47 və M48 tankları olması və Bundeswehrin müasir bir döyüş tankına ehtiyac duymasıydı.