lipidlər
lipofillinq
OBASTAN VİKİ
Qabriel Lipman
Qabriel Lipman (fr. Jonas Ferdinand Gabriel Lippmann; 16 avqust 1845[…] – 13 iyul 1921[…], Atlantik okeanı) — Fransız–Lüksemburqlu fizik və ixtiraçı. Fotoqrafiyada rənglərin qarışmasına imkan verməyən üsulun kəşfinə görə Nobel mükafatı almışdır.(1908) == Həyatı == Qabriel Lipman 16 avqust 1845-ci ildə Lüksemburqda anadan olub. Atası fransız yəhudisi idi.1848-ci ildə ailəsi Parisə köçdü. Parisdə Lipmanın anası ona dərs keçməyə başlayır.Lipman olduqca diqqətsiz, amma bir o qədər istedadlı olmuşdur. Onun riyaziyyata xüsusi marağı var idi.1868-ci ildə “École Normale Supérieure”-ə daxil oldu. O, imtahandan kəsilir. Gənc Lipman bu imtahandan keçsəydi, müəllim ola bilərdi. O, fizika sahəsində oxumaq istəmirdi. 1872-ci ildə Heildelberq Universitetinə göndərilir.