LƏPƏDÖYƏN

is. Daim ləpələr çarpan sahil xətti.
Özün də otur ləpədöyəndə, gözlə haçan xəzri gələcək. C.Cabbarlı.
Bu təpə xeyli mail bir enişlə düz suyun kənarına qədər uzanır, ləpədöyən deyilən əsil sahillə birləşirdi. M.Rzaquluzadə.
Sükançı göstərin indi siz mənə; Gəlsin, dalğaları o, yara bilsin; Verib sinəsini ləpədöyənə; Gəmini irəli apara bilsin. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LƏPƏDÖYƏN LƏPƏDÖYƏN (dalğa çırpan sahil xətti) Xəzər. Ləpədöyəndə qadın, başında xalça; Süzülür dörd yana, sanki xalı navalça (M
LƏPƏCİK₁
LƏPƏLƏMƏ

Digər lüğətlərdə