LƏZZƏTLİ

LƏZZƏTLİ (dadı, tamı olan) ...yəni nə elə artıq ləzzətli, nə də elə artıq ləzzətsiz, yeni miyana (C.Məmmədquluzadə); DADLI Bəlkə [əmidostu] ömründə heç belə ətirlisini, dadlısını yeməmişdi (S.Qədirzadə); LƏZİZ Qəmər: Gör bacın sənə badımcandan, pomidordan nə dürlü-dürlü ləziz xörəklər bişirəcəkdir (S.S.Axundov); MƏCUN (dan.) (çox dadlı) Firəngiz: Ağzının ləzzətini bilmirsən, bunun kababı məcundur (B.Bayramov); TAMLI Halal zəhmətlə bişən buğda çörəyimiz də; Heç vaxt belə ətirli, belə tamlı olmayıb (Ə.Cəmil).

LƏZZƏT
LƏZZƏTSİZ

Digər lüğətlərdə