MANSLAUGHTER
MANTELPIECE
OBASTAN VİKİ
Gideon Mantell
Gideon Alcernon Mantell (ing. Gideon Algernon Mantell; 3 fevral 1790[…] – 10 noyabr 1852[…], London, İngiltərə) — Böyük Britaniyalı tibb baxıcısı, geoloq və paleontoloq. == Tərcümeyi-halı == Gideon Alcernon Mantell 3 fevral 1790-cı ildə Luisdə anadan olmuşdur. Onun iquanadontun xarici görünüşünü və həyat tərzini bərpa etməyə cəhd göstərməsi dinozavrların elmi cəhətdən öyrənilməsinin əsası hesab olunur. 1822-ci ildə o, əvvəlcə, daşlaşmış dişləri, daha sonra isə iquanodontun skeletinin böyük bir hissəsini (və son nəticədə identifikasiyasını) aşkar etdi. Gideon Mantellin İngiltərənin cənub ərazilərinin təbaşir dövrünə aid tarixinin araşdırılması sahəsindəki tədqiqatları mühüm elmi əhəmiyyət kəsb etmişdir. 1849-cu ildə alim London Kral Cəmiyyətinin Krallıq medalı (ingilis dilində; Royal Medal) ilə təltif olunmuşdur.. Gideon ALcernon Mantell 10 noyabr 1852-ci ildə London şəhərində vəfat etmişdir. == Əsərləri == Outlines of the natural history of the environs of Lewes. 4to, 24pp, 3pl.
Qabriela Mantellato
Qabriela Mantellato (d. 28 sentyabr 1991) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Qabriela Mantellato, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.