Gideon Alcernon Mantell (ing. Gideon Algernon Mantell; 3 fevral 1790[1][2][…] – 10 noyabr 1852[1][2][…], London, İngiltərə) — Böyük Britaniyalı tibb baxıcısı, geoloq və paleontoloq.[3]
Gideon Mantell | |
---|---|
Doğum adı | Gideon Algernon Mantell |
Doğum tarixi | 3 fevral 1790[1][2][…] |
Vəfat tarixi | 10 noyabr 1852[1][2][…] (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Həddindən artıq doza[d] |
Dəfn yeri |
|
Elm sahələri | botanika, paleontologiya, İquanodont, Təbaşir dövrü |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Gideon Alcernon Mantell 3 fevral 1790-cı ildə Luisdə anadan olmuşdur. Onun iquanadontun xarici görünüşünü və həyat tərzini bərpa etməyə cəhd göstərməsi dinozavrların elmi cəhətdən öyrənilməsinin əsası hesab olunur. 1822-ci ildə o, əvvəlcə, daşlaşmış dişləri, daha sonra isə iquanodontun skeletinin böyük bir hissəsini (və son nəticədə identifikasiyasını) aşkar etdi. Gideon Mantellin İngiltərənin cənub ərazilərinin təbaşir dövrünə aid tarixinin araşdırılması sahəsindəki tədqiqatları mühüm elmi əhəmiyyət kəsb etmişdir.
1849-cu ildə alim London Kral Cəmiyyətinin Krallıq medalı (ingilis dilində; Royal Medal) ilə təltif olunmuşdur.[4].
Gideon ALcernon Mantell 10 noyabr 1852-ci ildə London şəhərində vəfat etmişdir.