MATƏMLİ

sif.
1. Yaslı. Matəmli adam.
– Göylər matəmlilər kimi qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdü. A.Şaiq.

2. məc. Matəmi andıran; qəmli, kədərli, qüssəli, hüznlü.
Yanan şamlar otağa matəmli bir süs vermişdi. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MATƏMLİ yaslı — hüzürlü

Antonimlər (əks mənalı sözlər)

  • MATƏMLİ MATƏMLİ – ŞAD O qara matəmli günləri unut (S.Rüstəm); Qonaq cənnətə düşmüş kimi, heyran və şad idi (Mir Cəlal)
MATƏMKƏDƏ
MATƏMZƏDƏ

Digər lüğətlərdə