MEHTAB
MELODİYA
OBASTAN VİKİ
Melisa Makkarti
Melisa Makkarti (ing. Melissa McCarthy; doğ. 26 avqust 1970, İllinoys, ABŞ) — ABŞ aktrisası.
Melisa Çaxmaqlı
Melisa Çaxmaqlı (türk. Melisa Çakmaklı; d. 15 dekabr 1997; Bursa, Türkiyə) — Türkiyəli cüdoçu. == Karyerası == İdmana məktəbdə oxuyarkən başlayıb. Bu illərdə məşqçi Müzəffər Uluçam ilə başladı. Osmanqazi Bələdiyədə məşqləri davam etdirdi. Bir çox uğurlar qazanmışdır. 26-27 aprel 2014 tarixlərində Rumıniyanın Pitesti şəhərində təşkil edilən Ümidlər Avropa Kubokunda 44 kq müsabiqəsində Moldovanlı Ana Roterini məğlub edərək qızıl medal qazanmışdır. 17 avqust 2014-cü ildə Nankində təşkil edilən Yay Olimpiya Oyunlarında 44 kq çəki dərəcəsində Azəri rəqibi Leyla Əliyevanı məğlub edərək qızıl medal qazanmışdır.
Melisa Döngəl
Melisa Döngel (18 sentyabr 1999, İstanbul) — Türkiyə aktrisası. == Həyatı və karyerası == 18 sentyabr 1999-cu ildə İstanbulda doğulub. Anası tərəfdən rusdur və Rusiya vətəndaşlığı var, amma İstanbulda anası ilə böyümədiyi üçün ruscanı yaxşı bilmir. Təhsilini Osman Yağmurdereli Sənət Akademiyasında aldı. Aktrisa kimi karyerasına 2016-cı ildə Hangimiz Sevmedik adlı teleserialda Sevtap personajı ilə başladı. Yenə eyni il rol aldığı Arxa küçələr teleserialında Nil personajını canlandırdı. 2017-2019-cu illərdə yayımlanan Bizim Hikaye adlı teleserialda Deniz Çelik Elibol personajını canlandırdı. 2020-2021-ci illərdə Sən çal qapımı adlı teleserialda Ceren Başar karakterini canlandırdı. 2021-ci ildə Sadakatsiz adlı teleserialda qonaq aktyor kimi rol aldı. Yenə eyni il Aşk Mantık İntikam adlı teleserialda Çağla Yılmaz personajını canlandırdı.
Melisa (kitab)
Melisa — tanınmış uşaq yazıçısı, Sevinc Nuruqızının 2021-ci ildə nəşr olunan nağıl-povesti. == Haqqında == Sevinc Nuruqızının "Melisa" kitabı 9 yaş və yuxarı uşaqların mütaliəsi üçün nəzərdə tutulub. Əsərdə balaca oxucular həyat həqiqətlərini əks etdirən, cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar xarakterik obrazları, müxtəlif ailələrdə yaşayan həmyaşıdlarının həyatı ilə tanış olur, valideyn himayəsindən məhrum olan uşaqların çətinliklərlə apardığı mübarizəni izləyirlər. Çəhrayı saçlı sevimli gəlinciyin – Melisanın başına gələn müxtəlif macəralar vasitəsilə yazıçı uşaqları daha çox həyatın onların bilmədikləri tərəfləri, insanların yaxşı və pis cəhətləri ilə tanış edərək, onları gah kədərlənməyə, gah da sevinməyə vadar edir. Yazıçı burada oxucunun gözü önündə bir oyuncağın deyil, əsl insanın yaranması, mənəvi güc qazanması, sevgi ruhunda doğulması prosesini bədii şəkildə canlandırır. Sevinc Nuruqızı əsərin süjet xətti boyu balaca oxucusunu Melisanın "taleyinin" izləyicisinə çevirir. Respublikamızda ilk dəfə işıq üzü görən "Melisa" əsəri Türkiyənin İLESAM-Akçağ Uşaq ədəbiyyatı roman, hekayə və nağıl — 2018 müsabiqəsində roman nominasiyasının qalibi olub. == Məzmunu == Haradan gətirildiyini heç özü də bilməyən çəhrayı saçlı Melisa adlı gəlinciyi vitrində görüb bəyənən Zöhrə adlı qızcığaz onu atasına aldırır. Onlar neçə il birlikdə xoşbəxt yaşayırlar. Lakin qız böyümüş, Melisa isə artıq köhnəlmişdi.
Melisa Döngel
Melisa Döngel (18 sentyabr 1999, İstanbul) — Türkiyə aktrisası. == Həyatı və karyerası == 18 sentyabr 1999-cu ildə İstanbulda doğulub. Anası tərəfdən rusdur və Rusiya vətəndaşlığı var, amma İstanbulda anası ilə böyümədiyi üçün ruscanı yaxşı bilmir. Təhsilini Osman Yağmurdereli Sənət Akademiyasında aldı. Aktrisa kimi karyerasına 2016-cı ildə Hangimiz Sevmedik adlı teleserialda Sevtap personajı ilə başladı. Yenə eyni il rol aldığı Arxa küçələr teleserialında Nil personajını canlandırdı. 2017-2019-cu illərdə yayımlanan Bizim Hikaye adlı teleserialda Deniz Çelik Elibol personajını canlandırdı. 2020-2021-ci illərdə Sən çal qapımı adlı teleserialda Ceren Başar karakterini canlandırdı. 2021-ci ildə Sadakatsiz adlı teleserialda qonaq aktyor kimi rol aldı. Yenə eyni il Aşk Mantık İntikam adlı teleserialda Çağla Yılmaz personajını canlandırdı.
Melisa Toros
Melisa Toros (28 iyul 1986, İstanbul) — türkiyəli aktrisa və aparıcı. O, "S'nek" kanalında Fulya və Neşe ilə "əks cinsin casusları" adlı televerilişin aparıcısı olub. 2013-cü ildə "Show TV"də "Hər şey yolunda mərkəz" teleserialında rol alıb. O, çox gənc yaşlarından balet və musiqi təhsili alıb. Bir neçə ildir ki, aktyorluğa maraq göstərir. O, aktyorluq təhsili alıb, Beykent Universitetinin aktyorluq fakültəsinə daxil olub. Bu arada o, Anadolu Universitetində ictimaiyyətlə əlaqələr üzrə təhsil alır.
Melisa P. (film, 2005)
Melissa P.- Luca Guadagnino tərəfindən 2005-ci ildə çəkilmiş erotik drama filmidir. Melissa Panarello "Yatmazdan əvvəl saça 100 fırça zərbəsi" romanı əsasında çəkilmiş filmin baş rollarında Luka Guadanino, Mariya Valverde, Leticia Tsiampy və Geraldine Çaplin çəkilmişdir. == Məzmun == Melisa (Valverde) ailəsindən getdikcə uzaqlaşan 15 yaşındakı utancaq bir bakirə qızdır. Onun atası xarici neft qurğusu üzərində işləyir, anası isə onu başa düşməyən bir qadındır. Melisanı başa düşən yalnız nənəsi Elviradır. Lakin Elvira qocalar evinə getdiyi vaxt o tamamilə tək qalır. Melisa ilk dəfə yaraşıqlı və varlı Daniyel ilə hovuzun arxasında baş verən alçaldıcı bir oral seksdən sonraki görüşdə bakirəliyini itirir. Daha sonra cinsi gücünü hiss edir və Daniyel və onun dostu Arnaldo ilə üçlü seks həyatı başlayır. == Film haqqında == Qıvrım başlığı altında "Yatmazdan əvvəl saça 100 fırça zərbəsi"(başqa adı ilə "Yüz toxunuş") romanı bir neçə il əvvəl İtaliya nəşr edilmişdir. Melissa Panarello — köhnə ad olmasına, güclü reklam olunmamasına və üz qabığında heç bir məşhurun adının olmamasına baxmayaraq milli bestseller oldu.