MENCƏR
MERƏTAJ
OBASTAN VİKİ
Aleks Meret
Aleks Meret (22 mart 1997, Udine) — İtaliyalı peşəkar futbolçu, "Napoli" klubunun və İtaliya millisinin qapıçısı. Futbol üzrə 2020-ci il Avropa çempionatının qalibi. == Karyerası == === Klub === Aleks "Udineze" klubunun yetirməsidir. O, 2012-ci ildə "Udineze" klubunun uşaq komandasının sıralarına qoşulur. 2015-ci ildə "Udineze"nin əsas komandasının məşqçilərinin diqqətini çəkir və əsas komanda dəvət edilir. Udine klubunun heyətində debütu, 2015-ci il fevralın 12-də Atalanta ilə ölkə kuboku oyununda baş tutur.2016-cı ilin yayında Aleks, İtaliya B Seriyasına mübarizə aparan "SPAL" klubuna icarəyə verilir.5 iyul 2018-ci ildə Aleks Meret 22 milyon avroya "Udineze"dən "Napoli"yə keçir. Futbolçunun "Napoli" klubu ilə bağladığı müqavilə beş illik olur. === Milli komanda === 2013-cü ildə İtaliyanın 17 yaşadək futbolçulardan ibarət komandasının tərkibində on üç oyun keçirərək debüt etdi. İtaliyanın 19 yaşadək gənclərdən ibarət komandasının tərkibində 2016-cı ildə Avropa Gənclər Çempionatında çıxış edib. Aleks italyanların əsas qapıçısı olub və milli komanda ilə yarışın finalına kimi yüksəlir.2017-ci ilin martında Aleks İtaliyanın əsas millisinə ilk dəvətini alır.
Kirill Meretskov
Kirill Afanasyeviç Meretskov (7 iyun 1897 və ya 26 may 1897, Zaraysk, Ryazan quberniyası[d] – 30 dekabr 1968, Moskva) — Sovet İttifaqı marşalı (1944). Sovet İttifaqı Qəhrəmanı (1940).