Aleks Meret (22 mart 1997[1][2], Udine[3]) — İtaliyalı peşəkar futbolçu, "Napoli" klubunun və İtaliya millisinin qapıçısı. Futbol üzrə 2020-ci il Avropa çempionatının qalibi.
Aleks Meret | |
---|---|
it. Alex Meret | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 22 mart 1997[1][2] (27 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 190 sm |
Çəkisi | 82 kq |
Mövqeyi | qapıçı |
Karyerası | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleks "Udineze" klubunun yetirməsidir. O, 2012-ci ildə "Udineze" klubunun uşaq komandasının sıralarına qoşulur. 2015-ci ildə "Udineze"nin əsas komandasının məşqçilərinin diqqətini çəkir və əsas komanda dəvət edilir. Udine klubunun heyətində debütu, 2015-ci il fevralın 12-də Atalanta ilə ölkə kuboku oyununda baş tutur.[4]
2016-cı ilin yayında Aleks, İtaliya B Seriyasına mübarizə aparan "SPAL" klubuna icarəyə verilir.[5]
5 iyul 2018-ci ildə Aleks Meret 22 milyon avroya "Udineze"dən "Napoli"yə keçir.[6][7] Futbolçunun "Napoli" klubu ilə bağladığı müqavilə beş illik olur.
2013-cü ildə İtaliyanın 17 yaşadək futbolçulardan ibarət komandasının tərkibində on üç oyun keçirərək debüt etdi. İtaliyanın 19 yaşadək gənclərdən ibarət komandasının tərkibində 2016-cı ildə Avropa Gənclər Çempionatında çıxış edib. Aleks italyanların əsas qapıçısı olub və milli komanda ilə yarışın finalına kimi yüksəlir.[8][9]
2017-ci ilin martında Aleks İtaliyanın əsas millisinə ilk dəvətini alır.[10]
Klub | Mövsüm | Liqa | Ölkə kuboku | Beynəlxalq | Digər | Toplam | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dvizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Udineze | 2015–16 | A Seriyası | 0 | 0 | 2 | 0 | — | — | 2 | 0 | ||
SPAL (icarə) | 2016–17 | B Seriyası | 30 | 0 | 2 | 0 | — | — | 32 | 0 | ||
2017–18 | A Seriyası | 13 | 0 | 0 | 0 | — | — | 13 | 0 | |||
Toplam | 43 | 0 | 2 | 0 | 0 | 0 | 0 | 0 | 45 | 0 | ||
Napoli | 2018–19 | A Seriyası | 14 | 0 | 1 | 0 | 6 | 0 | — | 21 | 0 | |
2019–20 | 22 | 0 | 1 | 0 | 6 | 0 | — | 29 | 0 | |||
2020–21 | 22 | 0 | 1 | 0 | 5 | 0 | 0 | 0 | 28 | 0 | ||
2021–22 | 6 | 0 | 1 | 0 | 7 | 0 | — | 14 | 0 | |||
2022–23 | 19 | 0 | 1 | 0 | 6 | 0 | — | 26 | 0 | |||
Toplam | 83 | 0 | 5 | 0 | 30 | 0 | 0 | 0 | 118 | 0 | ||
Karyerasında toplam | 126 | 0 | 9 | 0 | 30 | 0 | 0 | 0 | 165 | 0 |