MEŞƏÇİLİK

is.
1. Meşə salmaq, becərmək və yetişdirmək haqqında elm; meşəşünaslıq. Meşəçilik ədəbiyyatı.
[Vəzirov] …elmi-bioloji əsərləri isə Azərbaycan meşəçilik elminin yeni bir mərhələsinin əsasını qoyur. Y.Qarayev.

2. Kənd təsərrüfatının bir sahəsi kimi meşəsalma; becərmə və ondan istifadə etmə.
Meşəçilik idarəsinin işçiləri maşından düşürtdükləri yekə mişarı götürüb Dədə palıda tərəf gedəndə Bağırın içində sanki nəsə qırıldı. İ.Məlikzadə.

MEŞƏÇİ
MEŞƏDOĞRAYAN
OBASTAN VİKİ
Meşəçilik
Meşə təsərrüfatı — istehsal sahəsi: meşələri öyrənmək, qeydiyyata almaq, yeni meşələr salmaq, onları yanğından, xəstəlik və zərərvericilərdən qorumaq, meşələrin qoruyucu və sutəmizləyici funksiyasını saxlamaqla, xalq təsərrüfatının meşə materialına olan tələbatını ödəmək məqsədi ilə meşələrdən səmərəli istifadə olunmasını təmin edir. Meşə təsərrüfatı meşədən odun, dərman və texniki xammal, yeyinti məhsulları və s. istehsal edir. Meşədən torpaq və suqoruyucu, iqlim saflaşdırıcı, kurortoloji, rekreasiya və s. məqsədlər üçün istifadə olunur. Meşə təsərrüfatının əsas vəzifələrindən biri də meşələrin bərpası və yeni meşəliklər salınmasıdır. == Meşə təsərrüfatının kimyalaşdırılması == Meşə təsərrüfatında kimyəvi vasitələrdən istifadə olunması; Meşə təsərrüfatı kimyalaşdırılması özündə aşağıdakıları cəmləşdirir: meşənin ziyanverici cücülərdən və xəstəliklərdən qorumaq üçün, tingliklərdə və meşə əkinlərində alaq otları ilə mübarizədə pestisidlərin istifadə olunması; tingliklərdə əkin materialının keyfiyyətini, davamlılığını, boy artımını yüksəltmək məqsədilə mineral gübrələrdən istifadə olunması; meşə yanğınlarını söndürmək üçün kimyəvi vasitələrdən istifadə edilməsi və s.

Digər lüğətlərdə

...ма́н дагерроти́пия местоиме́нный монумента́льность паралоги́зм переу́гливание поэ́тому в костюме Ада́ма кури́ные материа́льный проститу́ция свистя́щий пания atmosphere caoutchouc tree comptroller Indochina meritable misshapen nodulation Shangri-la slanderer spalpeen two-tone сплавлять