is. [
ər. ] Edilən hörmət və yaxşılığa qarşı daxilən duyulan borcluluq hissi, özünü borclu bilmə.
◊ Minnət çəkmək –
1) hörmət və yaxşılıq qarşısında özünü borclu bilmək. [Xoca Əziz:] İgid də igiddən çəkərmi minnət! “Koroğlu”;
2) bax
minnət götürmək.
[Xanpəri:] Nə lazımdır ki, Hətəm xan ağadan və ya özgəsindən minnət çəkəsən. M.F.Axundzadə.
[Səməndər] qonaqlarını heç kəsdən minnət çəkmədən yedirib-içirib yola sala bilərdi. B.Bayramov.
Minnət etmək (eyləmək) – təvəqqe etmək, xahiş etmək, boyun əyib yalvarmaq.
Adamlar yerbəyerdən xana minnət elədilər. “Qurbani”.
Ey yığılan canlar, minnət eyləyin; Dursun o gözəllər şahı, oynasın. Q.Zakir.
Minnət götürmək – edilən hörmətin, yaxşılığın və ya bəxşişin qarşısında özünü borclu bilmək.
[Hacı Saleh:] Boynuma torba salıb dilənməyə hazıram, nəinki sənin kimi adamdan minnət götürməyə. S.S.Axundov.
Minnət götürməmək – məqsəd güdən yaxşılığı və s. qəbul etməmək, ondan imtina etmək. O heç kəsdən minnət götürməz.
– Sən indiyədək heç kəsdən minnət götürməyibsən. Ə.Haqverdiyev.
Minnət qoymaq – etdiyi hörmət və yaxşılığı başa qaxmaq, xatırlatmaq, başqasını özünə borclu çıxarmaq.
Dul arvad yetim saxlar; Naxırçıya minnət qoyar. (Məsəl).
[Cavadov:] Siz camaatın öz malını özünə qaytarırsınız, hökumətə minnət qoya bilməzsiniz. Ə.Haqverdiyev.
…[Qulam müəllim] bilirdi ki, yaxşılıq edib, minnət qoymaqdan da dünyada pis şey yoxdur. S.Rəhimov.
Minnətə getmək – bir şey və ya iş üçün birisinin yanına xahişə getmək, xahişlə müraciət etmək. [Həbib bəy:] Kərbəlayı, içərimizdə yenə hörmətli sənsən.
Zəhmət çək, hacının yanına minnətə get. S.Rəhman.
Minnətə gəlmək – bir şey və ya iş üçün birisinin yanına xahişə gəlmək, gəlib xahiş etmək.
Minnət( in) olsun! – özü(n) üçün şərəf hesab et(sin)! Minnətin olsun ki, sizə gəlmişəm.