MİRƏHMƏD
MİRƏLİ
OBASTAN VİKİ
Mirələm Mirələmov
Mirələm Fərman oğlu Mirələmov (4 noyabr 1988, Şamaxı) — müğənni, xanəndə. Azərbaycan Dövlət Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solistidir. 2011-ci ildə Muğam Televiziya Müsabiqəsində 1-ci yerin qalibi olub. == Həyatı == Mirələm Mirələmov 4 Noyabır 1988-ci ildə Şamaxı şəhərində anadan olub. 1996–2004-cü illərdə Şamaxı şəhərinin Məhəmməd Hadi adına 9 saylı orta məktəbində təhsil alıb.2004-cü ildə 9-cu sinfi bitirərək mədəni marif texnikomuna daxil olub və iki ildən sonra Azərbaycan Milli Kansorvatoriyası nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına musiqi kollecinə daxil olub və Azərbaycan Respublikasının Xalq artisti Zabit Nəbizadə nin xanəndəlik sinfində təhsilini davam etdirir. Mirələm təhsilini 2008-ci ildə bitirir. 2012-ci ildə Azərbaycan Milli Konservatoriyası na, Professor Arif Babayev in sinfinə daxil olur. 2016-cı ildə Konservatoriyanın bakalavır pilləsini bitirib. Alim Qasımov dan dərs alıb. == Fəaliyyəti == 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında səfir qismində cıxış edib.
Hüseynbala Mirələmov
Hüseynbala Fazil oğlu Mirələmov (25 iyun 1945, Nuravud, Lerik rayonu) — azərbaycanlı siyasətçi, yazıçı, professor. == Həyatı == Hüseynbala Mirələmov 1945-ci il iyun ayının 25-də Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur. 1964-cü ildə Lənkaran şəhəri 2 № li məktəbin onbirinci sinfini gümüş medalla bitirmişdir. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) İnşaat fakültəsinin "Sənaye və mülki tikinti" ixtisasını bitirmişdir. 1970–1971-ci illərdə Kalininqrad vilayətinin Baltiysk şəhərində hərbi xidmətdə olmuşdur. == Fəaliyyəti == 1965-ci ildən "Azərbaycan pioneri" qəzeti redaksiyasının Ədəbiyyat şöbəsinin "baş ədəbi" işçisi olmuşdur. 1972-ci ildən Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikintiquraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləmişdir. 1986-cı ildən "Azərqaztəmirtikinti" trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmışdır. 1992-ci ildən biznes fəaliyəti ilə məşğul olmuşdur. 1996-cı ildən "Bakqaz" İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Zavodunun direktoru olmuşdur.
выле́чиваться и́скренно приле́па юриди́ческий иска́тель конкуре́нция надшива́ть омедни́ть перерожде́нец разора́ться скоре́е... чем скре́пер фи́га экспланта́ция омежь apodosis change of life grass-bleaching hand-embroidery interlining ligneous seignoral skin-diver whort градус