Hüseynbala Fazil oğlu Mirələmov (25 iyun 1945, Nuravud, Lerik rayonu) — azərbaycanlı siyasətçi, yazıçı, professor.
Hüseynbala Mirələmov | |
---|---|
2005 – 2020 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 iyun 1945 (79 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, siyasətçi, alim |
|
|
Təltifləri |
|
miralamov.az |
Hüseynbala Mirələmov 1945-ci il iyun ayının 25-də Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur. 1964-cü ildə Lənkaran şəhəri 2 № li məktəbin onbirinci sinfini gümüş medalla bitirmişdir. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) İnşaat fakültəsinin "Sənaye və mülki tikinti" ixtisasını bitirmişdir. 1970–1971-ci illərdə Kalininqrad vilayətinin Baltiysk şəhərində hərbi xidmətdə olmuşdur.
1965-ci ildən "Azərbaycan pioneri" qəzeti redaksiyasının Ədəbiyyat şöbəsinin "baş ədəbi" işçisi olmuşdur. 1972-ci ildən Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikintiquraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləmişdir.
1986-cı ildən "Azərqaztəmirtikinti" trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmışdır.
1992-ci ildən biznes fəaliyəti ilə məşğul olmuşdur.
1996-cı ildən "Bakqaz" İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Zavodunun direktoru olmuşdur.
1992–2021-ci illərdə Yeni Azərbaycan Partiyasının üzvü olmuş və YAP Xətai rayon təşkilatının sədri vəzifəsində çalışmışdır.
2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət və Mədəniyyət Komitələrinin üzvü olmuşdur. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britanya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlerarası əlaqələr üzrə işçi quruplarının üzvü olmuşdur. Azərbaycan-Kuveyt parlamentlərarası işçi qurupunun rəhbəri olmuşdur.
23 aprel 2021-ci ildə Mirələmov sosial şəbəkələrdə yayılmış qeyri-etik görüntüləri səbəbindən Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri vəzifəsindən azad olunmuş, Veteranlar Şurasının üzvlüyündən də çıxarılmaqla partiya sıralarından xaric edilmişdir.[1][2]
Yazıçı kimi ədəbiyyata 7-ci sinifdə oxuyarkən, 1961-ci ildə "Bir tikə çörək" hekayəsi ilə gəlib. İlk hekayələr kitabı – "Tənha durna uçuşu" 1986-cı ildə işıq üzü görüb. "Molodaya qvardiya" nəşriyyatının "Görkəmli adamların həyatı" seriyasından Ulu Öndər Heydər Əliyev, görkəmli oftalmoloq alim Zərifə Əliyeva və Prezident İlham Əliyev haqqında qələmə aldığı kitablar 40-dan artıq xarici dilə tərcümə olunaraq nəşir edilib. 30-dan artıq bədii və publisistik kitabın müəllifidir.
Alimin müəllifi və həmmüəllifi olduğu "Nanotexnaologiya və nanokimyanin əsasları" , "Neftin və qazın boru kəmərləri ilə nəqli" , "İnşaat istilik fizikası" , "Qaz emalı zavodlarında təhlükəsizlik qaydaları", "Boru kəmərləri və konsturuksiyaların qaynağı" və digər elimi nəşirlər də hazırda ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunan kitablardandır.
Hüseynbala Mirələmov Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvü, Beynəlxalq mühəndislər, Rusiya Mədən Akademiyasının üzvüdür. Azərbaycan, Qırğızıstan, Asiya və Afrika Ölkələri Yazıçılar birliklərinin üzvüdür. Texnika elimləri doktoru, professorudur.[3]
Mirələmov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mühəndisliyi fakültəsinin "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri olmuş, 22 aprel 2021-ci ildə vəzifəsindən azad edilmişdir.[4]