MINTAĞ
MIRAÇAÇO
OBASTAN VİKİ
MIRV
MIRV (multiple independently targetable reentry vehicle; “müstəqil olaraq hədəflənən çoxlu vasitə”), hər biri fərqli hədəfi vurmağı hədəfləyən bir neçə termonüvə döyüş başlığını əhatə edən ballistik raketdir. Hal-hazırda yalnızca ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İsrail və Çinin MIRV döyüş raketlərinə malik olduğu məlumdur.
Mırdanqa
Mırdanqa (benq. খোল, assam. খোল) (lit. "mrit+anga" = "clay body") və ya mridong(benq. মৃদঙ্গ) — dini musiqi ilə müşayiət üçün şimali və şərqi Hindistanda istifadə edilən iki çiyinli təbil terrakotadır. Bu alətdə ifa etmək üçün əllərin ovuc və barmaqlarını istifadə etmək lazımdır.
Mırtı
Mırtı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Mırtı Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əsl adı Murtu olmuşdur. Təklə tayfasının murtu tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnooykonimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1985 nəfər əhali yaşayır.
Mırtı bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
MIRC
mIRC — Windows üçün IRC proqramı. Bu tam funksional söhbət proqramıdır. İnteqrasiya olunmuş skript dili onu genişlənə bilən və hərtərəfli edir. Proqram ilk dəfə 1995-ci ildə buraxılıb və o vaxtdan bəri "Windows üçün mövcud olan ən məşhur IRC proqramlarından biri" kimi təsvir olunub. mIRC şərti havayı proqramdır və 30 günlük sınaq müddətindən sonra qeydiyyat üçün ödəniş tələb edir. == Tarixi == mIRC İordaniya əsilli İngilis proqramçı Xalid Mərdam-Bey tərəfindən yaradılmışdır. O, 1994-cü ilin sonlarında proqramı tərtib etməyə başladı və ilk versiyasını 28 fevral 1995-ci ildə buraxdı. Xalid Mərdam-Bey bildirir ki, o Windows üçün ilk IRC proqramlarında bəzi əsas IRC xüsusiyyətlərinin olmadığını hiss etdiyi üçün mIRC-ni yaratmağa qərar verdi. Daha sonra problem və insanların onun işini yüksək qiymətləndirdiyinə görə onu inkişaf etdirməyə davam etdi. Müəllif bildirir ki, onun sonrakı populyarlığı ona mIRC-dən pul qazanmağa imkan verib.