mIRC — Windows üçün IRC proqramı. Bu tam funksional söhbət proqramıdır. İnteqrasiya olunmuş skript dili onu genişlənə bilən və hərtərəfli edir.[3] Proqram ilk dəfə 1995-ci ildə buraxılıb və o vaxtdan bəri "Windows üçün mövcud olan ən məşhur IRC proqramlarından biri" kimi təsvir olunub.[3] mIRC şərti havayı proqramdır və 30 günlük sınaq müddətindən sonra qeydiyyat üçün ödəniş tələb edir.[4]
mIRC | |
---|---|
Proqramlaşdırma dili | C++[2], C[2] |
Əməliyyat sistemi | Microsoft Windows |
Yayımlanma tarixi | 28 fevral 1995 |
Sonuncu versiya |
|
Lisenziya | şərti havayı proqram |
Sayt | mirc.com |
mIRC İordaniya əsilli İngilis proqramçı Xalid Mərdam-Bey tərəfindən yaradılmışdır.[5] O, 1994-cü ilin sonlarında proqramı tərtib etməyə başladı və ilk versiyasını 28 fevral 1995-ci ildə buraxdı.[6]
Xalid Mərdam-Bey bildirir ki, o Windows üçün ilk IRC proqramlarında bəzi əsas IRC xüsusiyyətlərinin olmadığını hiss etdiyi üçün mIRC-ni yaratmağa qərar verdi. Daha sonra problem və insanların onun işini yüksək qiymətləndirdiyinə görə onu inkişaf etdirməyə davam etdi. Müəllif bildirir ki, onun sonrakı populyarlığı ona mIRC-dən pul qazanmağa imkan verib.[7] O həmçinin zarafatla bildirir ki, mIRC-dəki "m", "moo" və ya "MU" (Yapon və Koreya dillərində "heç nə") deməkdir.[8]
mIRC 5.91 16-bit Windows-u dəstəkləyən son versiyadır.[9] 6.35 Windows 95, NT 4.0, 98 və ME-ni dəstəkləyən son versiyadır. Cari versiya Windows XP və sonrakı versiyaları dəstəkləyir.[10]
Proqram Basshunter tərəfindən 2006-cı ildə çəkilmiş "Boten Anna" klipində görünür.[11]
mIRC bir sıra fərqləndirici xüsusiyyətlərə malikdir. Bunlardan biri hər bir versiya ilə daha da inkişaf etdirilən skript dilidir. Skript dili, xüsusi əmrlər[3] kimi proqrama kiçik dəyişikliklər etmək üçün, həmçinin mIRC-nin işləyişini və görünüşünü tamamilə dəyişdirmək üçün də istifadə edilə bilər. Digər xüsusiyyət isə mIRC-in daxili fayl serverinə malik olan DCC protokolu vasitəsilə fayl paylaşma qabiliyyətidir.[12]
30 iyul 2010-cu ildə buraxılmış mIRC 7.1 versiyası ilə birlikdə proqramda Unicode və IPv6 da dəstəklənməyə başladı.
mIRC-nin funksiyaları və işləyişi daxili mIRC skript dili ilə dəyişdirilə və genişləndirilə bilər. mIRC-nin "son dərəcə əhatəli" kimi təsvir edilən öz GUI skript redaktoru var.[3]
Dilin istifadəçinin kompüterinə giriş səviyyəsinə görə, məsələn, faylların adını dəyişmək və silmək üçün bir sıra sui-istifadə edilə bilən skriptlər hazırlanmışdır. Sui-istifadənin bir nümunəsi verilmiş kodlanmış sətri deşifrə edən $decode identifikatoru ilə icra edilməsidir.[13][14] Problem 2001-ci ilin avqustunda bildirildi. Beş ay keçsə də, istifadəçilərin hələ də "mIRC-yə nəzarəti başqasına təhvil verməsi" ilə nəticələnən hiylələrə aldandığı bildirilirdi.[15] Bu mIRC 6.17 versiyasında dəyişikliklərin edilməsinə səbəb oldu: müəllifə görə, $decode indi defolt olaraq qeyri-aktivdir və təhlükəli sayıla bilən digər müxtəlif funksiyalar artıq kilidlənə bilər.[16]
CNET-in Download.com xidmətindən mIRC-in endirilmə sayı 40 milyondan artıqdır.[17] 2003-cü ildə Nielsen/NetRatings mIRC-ni ən populyar internet tətbiqləri onluğuna daxil etdi.[18]