məşşailik 2021

məşşailik
məşrutəli 2021
məşşatə 2021
OBASTAN VİKİ
Məşşailik
Peripatetiklər (yun. περιπατέω – gəzinti) — Aristotelin öyrənciləri və ardıcılları idilər. Onların fəaliyyəytəri nəticəsində "Peripatetizm" adlı fəlsəfi cərəyan yaranmışdı. Aristotel Afinada Likeion (yun. Λύκειον) adlanan məktəbini yaratmışdır. O məktəbin binasını və yerini öncə bədən tərbiyəsi üzrə oyunlar üçün istifadə edirdilər. Aristotel isə orada dərslər keçirirdi. Likeonun kölgəli bağlarında gəzintiyə çıxarkən Aristotel öz tələbələrini fəlsəfəsinin müxtəlif aspektləri ilə tanış edirdi. Ona görə də, Aristotelin bu məktəbi “peripatetik” (gəzənlər) adlandırılmışdır. Aristotelin ölümündən sonra onun ardıcılları fəlsəfi və elmi araşdırmalarını davam etdirmişdilər.