Məşşailik

Aristotel və onun şagirdləri – Makedoniyalı İsgəndər, Falerli Demetrius, Teofrastus, Lampsakuslu Straton

Peripatetiklər (yun. περιπατέω – gəzinti) — Aristotelin öyrənciləri və ardıcılları idilər. Onların fəaliyyəytəri nəticəsində "Peripatetizm" adlı fəlsəfi cərəyan yaranmışdı.

Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Aristotel Afinada Likeion (yun. Λύκειον) adlanan məktəbini yaratmışdır. O məktəbin binasını və yerini öncə bədən tərbiyəsi üzrə oyunlar üçün istifadə edirdilər. Aristotel isə orada dərslər keçirirdi. Likeonun kölgəli bağlarında gəzintiyə çıxarkən Aristotel öz tələbələrini fəlsəfəsinin müxtəlif aspektləri ilə tanış edirdi. Ona görə də, Aristotelin bu məktəbi “peripatetik” (gəzənlər) adlandırılmışdır.

Aristotelin ölümündən sonra onun ardıcılları fəlsəfi və elmi araşdırmalarını davam etdirmişdilər. Onların ən başlıca vəzifələrindən biri müəllimlərinin fəlsəfi əsərlərini şərh etməkdən ibarət idi. Yüksəliş dövrünü Teofrastusun, Lampsuslu Stratonun, Samoslu Aristarxusun, Dikearxusun, Tarentli Aristoksenusun, Falerli Demetriusun fəaliyyəti ilə yaşamışdır.

Miladdan öncə III yüzilliyin sonlarından sonra peripatetizm eniş dövrünü yaşamışdır. O zamandan başlayaraq peripatetik məktəbin ardıcılları artıq orijinal fikirlər ortaya qoya bilməmişdilər. Onlar ancaq Aristotelin əsərlərinin toplanması, yayılması və onlara şərhlərin yazılması ilə məşğul olmuşdurlar.

O dövrün tanınmış peripatetiki Rodoslu Andronikus olmuşdur. O, peripatetik məktəbə başçılıq etmişdir. Andronikusun ən böyük xidməti ondan ibarət idi ki, o, Aristotelin və Teofrastusun əsərlərini yenidən toplamış, redaktə etmiş və yayımlamışdır. Elə bu şəkildə də onlar bizim zamanımıza çatmışdır[1].

Miladi III yüzillikdə peripatetik məktəbin ən tanınmış nümayəndəsi Afrodisialı Aleksandr olmuşdur. Ondan sonra peripatetizm yeni-platonçuluqla qarışaraq ortadan çıxmışdır.

Peripatetizmin fəlsəfə tarixində əhəmiyyətli yeri vardır. Gələcəkdə xristian və müsəlman filosofları ondan yararlanmış və ilham almışdırlar. Avropada Brabantlı Siger, Tomas Akvinas kimi düşünürlər peripatetik fəlsəfədən geniş istifadə edirdilər.

Müsəlman şərqində də peripatetik ənənə yaranmışdır. Şərq peripatetizminin əsas təmsilçiləri Əl-Fərabi, İbn Sina, İbn Rüşd olmuşdurlar. Onlar Aristotelin əsərlərinə şərhlər yazmış, Afrodisialı Aleksandrın və başqa filosofların əsərlərindən istifadə etmişdirlər.

Əsas təmsilçiləri

[redaktə | mənbəni redaktə et]
  1. Andronicus of Rhodes // Dictionary of Greek and Roman Biography and Mythology. Boston: C.C. Little and J. Brown, 1849.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 145-149. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]