NEGRO
NEIGHBORLY
OBASTAN VİKİ
Hello Neighbor
Hello Neighbor — Dynamic Pixels tərəfindən inkişaf etdirilmiş və 8 dekabr 2017 tarixində təqdim edilmiş videooyun.
My Neighbor Totoro
Qonşum Totoro (となりのトトロ Tonari no Totoro) - Hayao Miyazakinin 1988-ci ildə yaratdığı tammetrajlı animasiya filmi. === Məzmun === Film doqquz yaşlı Satsuki və beş yaşlı Meyın meşənin gözətçisi ruh Totoro ilə gorüşdən bəhs edir. Ailə kəndə köçəndən sonra qızlar yaşadığı evdə susuvatari ruhları ilə qarşılaşırlar. Kiçik Mey evdə tək olarkən meşənin yanında kiçik bir ruh görür.. Kiçik ruh onu böyuk ruhun, boyük ruh isə nəhəng Totoronun yanına gətirir. Ardınca Setsuki də avtobus dayancağında atasını gözləyərkən Totoro ilə tanış olur. Totoro onlara bambuk yarpaqlarına bükülmüş tumlar verir, qızlar tumları əkir, Totoro isə tumların boy artmağına kömək edir. Gələn gün xəstəxanadan xəbər gəlir, ki qızların anası gələcək bazar günü evə qayıda bilməyəcək. Əhvali-ruhiyyəsi pozulmuş Mey bacısından küsür və anasını axtarmağa gedir və yolda itir. Satsuki və qonşuları Meyın axtarışına düşür, lakin onu tapa bilmirlər.