NİSTAQM

is. [ yun. ] Göz almasının qeyriiradi, ritmik hərəkəti ilə səciyyələnən patoloji hal.
NİSGİLLİ
NİSTATİN
OBASTAN VİKİ
Nistaqm
Nistaqm (yun. nystagmos — mürgü, mürgüləmə) — göz almasının qeyri-iradi, ardıcıl, ritmik hərəkəti. Bu hərəkətlər üfüqi, şaquli, dairəvi və diaqonal olur. Sağlam adamlarda da, məsələn, kresloda fırlandıqda, hərəkətdə olan qatara baxdıqda və s. ola bilər. Vestibulyar aparatın (labirintin), dəhliz-ilbiz sinirinin zədələnmələrindən, görmə itiliyinin anadangəlmə zəifliyindən və s.-dən patoloji nistaqm baş verir. Fizioloji nistaqm göz almasını tez-tez yana çevirdikdə, qulağı soyuq, yaxud ilıq su ilə yuduqda olur.

Digər lüğətlərdə