NİYAD
NİYALƏ
OBASTAN VİKİ
Niyalqala
Qala İsmayıllı rayonu ərazisində yerləşir. Qalanın Qafqaz Albaniyası dövründə tikildiyi və əsas yaşayış yerlərindən biri olduğu mənbələrdə qeyd olunub. Uzun bir dövr ərzində yaşayış yeri kimi istifadə olunan qalanın xarabalıqları indi dı qalmaqdadır. Əl-Məsudi Şirvanşahın Qabh dağındakı Niyal adlanan qalasını xatırladır və onun "dünyada misli-bərabəri olmayan qala" olduğunu göstərir. Niyalqaladan bir fərsəng aralı, ondan 7–8 km şərqdə şahın zindanının yerləşdiyi daha bir möhkəm qala, ehtimal ki, Sulut qalası yerləşirdi.
Niyaldağ
Niyaldağ — dağ zirvəsi Azərbaycanın İsmayıllı rayonunda, Böyük Qafqazın suayrıcı silsiləsinin şərqində, Girdimançay yaxınlığında yerləşir. Lahıc dağları sisteminin bir hissəsidir. Hündürlüyü - 2063,5 metr, (digər mənbələrə görə) - 2111 metr. Niyaldağın ətəyində Zərnava qəsəbəsi, şimalda Lahıc kəndi yerləşir. == Etimologiya == İlk dəfə 10-cu əsrə aid mənbələrdə xatırlanmışdır. Güman ki, zirvənin adı İranda yerləşən Niyal dağına gedib çıxır. Niyaldağ adı doqquz keçid (tat dilində “ni” - doqquz və “yal” - aşırım) kimi izah olunur. == Tarixi == Dağın təpəsində keçmiş ərəb mənbələrində xatırlanan qədim “Nyal” qalası var. Keçmişdə Lahıcı xarici dünya ilə birləşdirən karvan yollarından biri Niyaldağ aşırımından keçirdi. XX əsrin 20-ci illərinə qədər Niyaldağın ətəyində yerləşən, tənha ağacın altı ziyafət verilirdi.
Niyaldağ aşırımı
Niyaldağ aşırımı — Niyaldağ silsiləsində, Azərbaycanın İsmayıllı rayonunun Lahıc və Basqal kəndləri arasında yerləşir. Aşırımın hündürlüyü 1920 m-ə çatır. Aşırından cığır yolu keçir. Aşırımın yaxınlığında Şirvanşahlar dövləti dövrünə aid istehkamlar var.
Niyaldağ silsiləsi
Niyaldağ silsiləsi — Böyük Qafqazın cənub hissəsində, Azərbaycanın İsmayıllı rayonu ərazisində yerləşən dağ silsiləsi. == Təsviri == Niyaldağ silsiləsi Baş Qafqaz silsiləsi ilə paraleldir. Silsilənin hündürlüyü 2100 m-ə çatır. Sıra Göyçay, Girdimançay və Ağsu çaylarının qolları ilə parçalanır. Ərazinin landşaftı meşəlik və dağ-çəməndir. Silsiləsi təbaşir və paleogen dövrlərinin çökmə çöküntülərindən ibarətdir.