Niyaldağ

Niyaldağ — dağ zirvəsi Azərbaycanın İsmayıllı rayonunda, Böyük Qafqazın suayrıcı silsiləsinin şərqində, Girdimançay yaxınlığında yerləşir. Lahıc dağları sisteminin bir hissəsidir[1]. Hündürlüyü - 2063,5 metr, (digər mənbələrə görə) - 2111 metr. Niyaldağın ətəyində Zərnava qəsəbəsi, şimalda Lahıc kəndi yerləşir.

Niyaldağ
Ümumi məlumatlar
Dağ silsiləsi Baş Qafqaz silsiləsi
Mütləq hündürlüyü 2063,5 m
Yerləşməsi
40°48′35″ şm. e. 48°22′52″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Niyaldağ xəritədə
Niyaldağ
Niyaldağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk dəfə 10-cu əsrə aid mənbələrdə xatırlanmışdır. Güman ki, zirvənin adı İranda[2] yerləşən Niyal dağına gedib çıxır. Niyaldağ adı doqquz keçid (tat dilində “ni” - doqquz və “yal” - aşırım) kimi izah olunur.

Dağın təpəsində keçmiş ərəb mənbələrində xatırlanan qədim “Nyal” qalası var. Keçmişdə Lahıcı xarici dünya ilə birləşdirən karvan yollarından biri Niyaldağ aşırımından keçirdi. XX əsrin 20-ci illərinə qədər Niyaldağın ətəyində yerləşən, tənha ağacın altı ziyafət verilirdi. Yerli əhali onu “Yek dar” (Bir ağac) adlandırırdı. Bayram daha sonra bolşeviklərin dinə qarşı mübarizəsinin bir hissəsi olaraq məhv edilir.

  1. Гаджиев В. Д. Высокогорная растительность Большого Кавказа (в пределах Азербайджана) и ее хозяйственное значение. — Б.: Элм, 1970. — С. 245.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti / Redaktor R. Əliyev. — B.: Şərq-Qərb, 2007. — Т. II. — С. 135. — 304 s. — ISBN 978-9952-34-156-0.