nominativ
nomogenez
OBASTAN VİKİ
Nomofobiya
Nomofobiya (ing. "no mobile phobia" ifadəsinin qısaldılmış formasıdır) mobil telefonsuz və ya ondan uzaq qalmaq qorxusudur. == Ümumi baxış == Xüsusilə Avropa və Asiya ölkələrində 2005-ci ildən etibarən mobil telefonlardan istifadə əhəmiyyətli dərəcədə artmışdır. Nomofobiya adətən davranış asılılığı hesab olunur; narkotik asılılığı ilə bir çox xüsusiyyətləri paylaşır. Mobil telefonların internetə qoşulması nomofobiyanın səbəblərindən biridir. Asılılığın artan narahatlıq, emosional qeyri-sabitlik kimi simptomları ola bilər. Bəzi insanlar emosional münasibətlərdə rahatlıq qazanmaq üçün mobil telefonlardan həddindən artıq istifadə edir. Nomofobiya "Psixi Pozuntuların Diaqnostik və Statistik Təlimatı", (Beşinci Nəşrdə - DSM-5) təsvir edilməsə də, DSM-IV-də verilmiş təriflərə əsaslanaraq, "spesifik fobiya" kimi təklif edilmişdir. 2008-ci ildə aparılmış tədqiqatın nəticələrinə əsasən müəyyən edilmişdir ki, Britaniyada mobil telefon istifadəçilərinin təxminən 53%-i mobil telefonunu itirdikdə, batareya və ya balansı bitdikdə və ya şəbəkə əhatə dairəsi xaricində olduqda narahat olurlar. 2163 insanı əhatə edən araşdırma, kişilərin təxminən 58%-nin, qadınların isə 47%-nin fobiyaya malik olduğunu müəyyənləşib.