NƏĞMƏDDİN
NƏHMƏDULLA
OBASTAN VİKİ
Ənvər Nəhmədov
Ənvər Nəhmədov (Nəhmədov Ənvər Pirverdi oğlu; d. 24.08.1959, Bakı şəhəri, Azərbaycan SSR) — Fizika elmləri doktoru, AMEA-nın müxbir üzvü (2014), AMEA-nın həqiqi üzvü (2017) == Həyatı == Ənvər Nəhmədov 24 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub. == Elmi əsərləri == 1. E. Nakhmedov, S. Mammadova, and O. Alekperov, “Topolojical superconductivity and the fractional Josephson effect in quasi-one dimensional üires on a plane”, JETP Lett. 103, 18 (2016). 2. V. M. Aliev, O. Alekperov, and E. Nakhmedov, “Superconducting and normal state properties of CdBa 2 Cu 3O 7-δ crystal” , Phys. Rev. B, 89, (2014). 3.
İmamverdi Nəhmədov
İmamverdi Cabbar oğlu Nəhmədov — ictimai fəal, riyaziyyatçı 1938-ci ilin 5 martında Hacıqabul şəhərində anadan olmuşdur. Əslən Hacıqabul şəhərinin Navahı kəndindəndir. Orta məktəbi qızıl medalla bitirərək riyaziyyat-fizika ixtisası üzrə ali təhsil almışdır. === Həyatı və fəaliyyəti === Uzun müddət orta məktəbdə və müəyyən dövrdə Əli Bayramlı pedaqoji məktəbində riyaziyyat fəninini tədris edən İ. Nəhmədov yaxşı müəllim kimi şəhər ictimaiyətinin böyük hörmətini qazanmışdır. Onun dərs dediyi şagirdlərin əksəriyyəti riyaziyyatla bağlı ali məkbətə qəbul olmuş və hazırda onların içərisində alim kimi ali məktəblərdə işləyənlər də vardır ki, onlar müntəzəm olaraq öz müəllimləri ilə əlaqə saxlayırlar. Sonradan İ. Nəhmədov məktəb direktoru təyin edilmiş və 13 il məktəb direktoru işləmişdir. Bu müddətdə onun rəhbərlik etdiyi məktəb məktəblər arasında nümunəviliyi ilə seçilmişdir. 1990-cı ildə Hacıqabul rayon statusu alarkən o, Şəhər Soveti İcraiyyə Komitəsinin sədri ve rayon partiya komitəsinin büro üzvü seçilmişdir. Sonradan rayon icra hakimiyyetine işə dəvət olunmuş və orada ümumi şöbənin, humanitar şöbənin ve hüquq şöbəsinin müdiri vəzifəsində işləmişdir. Növbəti illərdə rayon icra hakimiyyətində icra hakimiyyəti başçısının köməkçisi vəzifəsində işləmişdir.