Nəngərhar
Nəngərhar vilayəti (puşt. ننګرهار, fars. ننگرهار), Nəngrəhar və ya Ningrəhar — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.
== Coğrafiyası ==
Vilayətin sahəsi 7.727 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1358.4 min nəfər, inzibati mərkəzi Cəlalabad şəhəridir.
== Əhalisinin etnik tərkibi ==
Əhalisinin 90%-ni puştunlar, 7%-ni paşayilər, 3%-ni isə taciklər və qucarlar təşkil edir. Vilayət əhalisinin 8%-i (60 kəndin əhalisi) paşayi dilində, 36 kəndin əhalisi daricə, bütün vilayətin kənd əhalisinin 92.1%-i puştun dilində danışır.