ORTODOKS
OT
OBASTAN VİKİ
Hakkı Saruhan Oruç
Hakkı Saruhan Oluç (14 yanvar 1958, İstanbul) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Hakkı Saruhan Oluç 14 yanvar 1958-ci ildə İstanbulda anadan olub. Almaniyanın RWTH Aaxen Universitetindən məzun olub. Uzun illər qəzetlərdə, jurnallarda və nəşrlərdə çalışıb. Azadlıq və Dayanışma Partiyasının qurucularından olub və sədr müavini vəzifəsində təmsil olunub. Xalqların Konqresinin (HDK), YSP və HDP-nin da qurucularından olub. Bir müddət HDP həmsədrinin müavini vəzifəsində də çalışıb. Siyasi fəaliyyəti ərzində ÖDP, EDP, HDP və DEM üzvü olub. İyun 2015-ci ildə İstanbul ilindən, 2018 və 2023-cü illərdə isə Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda HDP TBMM qrupunun sədr müavini, 28-ci çağırışda isə TBMM Plan və Büdcə Komissiyasının üzvü və DEM Partiyası TBMM qrupunun sədr müavini vəzifələrində təmsil olunub.
Tülay Hatimoğulları Oruç
Tülay Hatimoğulları Oruç (1977, Hatay ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı, HEDEP-in həmsədri. == Həyatı == Tülay Hatimoğulları Oruç 1977-ci ildə Hatay ilinin Samandağ ilçəsində anadan olub. Ərəb-Ələvidir. Anadolu Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Ərəb mədəniyyətinin və ərəb dilinin dirçəlişi üçün tədqiqatlar aparıb. 1995-ci ildə ərəb musiqisi və teatr fəaliyyətini də aparan Müasir İncəsənət Atölyesinin qurucularından biri olub. 2015-ci ildə Yaxın Şərq Ərəb Xalqları Araşdırma İnstitutunun yaradılmasında və idarə olunmasında yer alıb. Feminizm sahəsində də işlər aparıb. 2000-ci ildə AMARGİ Qadınlar İnstitutunun, 2007-ci ildə isə Qadın Əməyi İttifaqının yaradılmasında və idarə olunmasında yer alıb. Kürd probleminə həll yolu tapmaq üçün çalışan vətəndaş təşəbbüsü olan Barış Məclisində çalışıb.