Tülay Hatimoğulları Oruç

Tülay Hatimoğulları Oruç (1977) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı, HEDEP-in həmsədri.[2]

Tülay Hatimoğulları Oruç
Vəzifədədir
15 noyabr 2023-cü ildən
ƏvvəlkiÇiğdem Kılıçgün & İbrahim Ahın
Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı
Vəzifədədir
7 iyul 2018-ci ildən
Seçki dairəsi2018Adana
2023Adana
Şəxsi məlumatlar
Doğum tarixi 1977
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tülay Hatimoğulları Oruç 1977-ci ildə Hatay ilinin Samandağ ilçəsində anadan olub. Ərəb-Ələvidir. Anadolu Universiteti İqtisadiyyat Bölməsindən məzun olub.[2]

Ərəb mədəniyyətinin və ərəb dilinin dirçəlişi üçün tədqiqatlar aparıb. 1995-ci ildə ərəb musiqisi və teatr fəaliyyətini də aparan Müasir İncəsənət Atölyesinin qurucularından biri olub. 2015-ci ildə Yaxın Şərq Ərəb Xalqları Araşdırma İnstitutunun yaradılmasında və idarə olunmasında yer alıb.

Feminizm sahəsində də işlər aparıb. 2000-ci ildə AMARGİ Qadınlar İnstitutunun, 2007-ci ildə isə Qadın Əməyi İttifaqının yaradılmasında və idarə olunmasında yer alıb.

Kürd probleminə həll yolu tapmaq üçün çalışan vətəndaş təşəbbüsü olan Barış Məclisində çalışıb. 2011-ci ildə Xalqların Konqresinin (HDK) yaradılmasında yer alıb.

2013-cü ildə Sosialist Yenidənqurma Partiyasının (SYKP) qurucularından biri olub. SYKP İdarə Heyətinin üzvü olub. 2016-cı ilin iyununda Ahmet Kaya ilə birgə Sosialist Yenidənqurma Partiyasının (SYKP) həmsədri seçilib. 2018-ci ilin noyabrından bu vəzifədən istefa verib.[2]

24 iyun 2018-ci ildə HDP-nin namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 27-ci çağırışının deputatı seçilib. TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[2]

3 iyul 2022-ci ildə HDP-nin qurultayında İdarə Heyətinin üzvü seçilib. HDP həmsədrinin müavini olub.[2]

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.[2]

15 noyabr 2023-cü ildə qurultayda HEDEP-in həmsədri seçilib.[2]

Ərəbcə bilir. Evlidir.[2]

  1. 1 2 https://www.cumhuriyet.com.tr/siyaset/dem-parti-es-genel-baskani-tulay-hatimogullari-oruc-oyunu-adanada-2191714.
  2. 1 2 3 4 5 6 7 8 TBMM. "Tulay HATIMOĞULLARI ORUÇ". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.