1. Oğulun ata-ana qarşısında borcu, vəzifəsi, haqqı; övladlıq. Oğulluq borcu. Oğulluq etmək.
2. Biri tərəfindən övladlığa götürülmüş, yaxud ana ardınca kişinin evinə gətirilən oğlan uşağı.
□ Oğulluğa götürmək – doğma övlad hüququ verməklə oğlan uşağını ailəyə qəbul etmək.
[Gülnisə Bəhrama:] Mən səni əvvəldən özümə oğulluğa götürmüşəm…
[Ata:] İdrisi oğulluğa götürmüşəm.