İtalyansayağı oğurluq (film, 2003)
İtalyansayağı oğurluq (ing. The Italian Job) ― 2003-cü ildə çəkilmiş döyüş-macəra film.
Filmin rejissoru F. Qari Qreydir. 1969-cu ildə Peter Collinsonun rejissoru olduğu və baş rolda Maykl Keynin çəkildiyi eyniadlı filmin remeyki olan filmdə Mark Uolberq, Şarliz Teron, Ceyson Statham və Edvard Norton baş rollarda çəkilib.
== Süjet xətti ==
İtaliyanın Venesiya şəhərində aparıcı oğru ləqəbli Con Bridger (Donald Sazerlend) qızını axtarır. O, qızı Stellaya (Şarliz Teron) deyir ki, bu, onun son işidir. Con Bridger oğrudur və bu son oğurluq ilə bu işə son qoymaq fikrindədir. Seyf üzrə mütəxəssis olan Stella oğurluqdan uzaqdır, amma atasını çox sevir, buna baxmayaraq qeyri-qanuni işlərdən uzaqdır. Bir müddət sonra Con Bridger başqa bir köhnə dostu, Çarli Kroker (Mark Whalberg) adlı peşəkar oğru ilə görüşür. Çarli və Con çox köhnə dostdurlar və peşəkar oğrulardırlar.