PAKİZƏ

sif. [ fars. ]
1. bax pak.
[Seyid:] Təmizcə, pakizə müsəlman nömrələri saxlayıram… Ə.Haqverdiyev.

2. məc. Yaxşı, gözəl, qəşəng.
[Hacı Nuru:] Mərhum zəhmət çəkib sənə pakizə dəlləklik öyrətmişdi. M.F.Axundzadə.
Bu yaxında Məşədi Şərbətəlinin yaxşı, pakizə restoranı var. Ə.Haqverdiyev.

□ Çox pakizə – çox yaxşı, çox gözəl (bir şeyi bəyənmək, yaxud bir sözü təsdiq etmək məqamında işlənir).
[Soltan bəy:] Çox gözəl, çox pakizə! Balam, heç sənin insafın-zadın yoxdur? Ü.Hacıbəyov.
[Rəhim bəy:] Çox gözəl, çox pakizə! Elə mənim də axtardığım beləsi idi. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PAKİZƏ pakizə bax 1. təmiz 1; 2. yaxşı
  • PAKİZƏ təmiz — saf
PAKET
PAKİZƏLİK

Digər lüğətlərdə

жило́й изоли́рующий льго́та шифо́новый итерниза́ция ка́пер путеобхо́дчица рыхлова́то (а)ир anno mundi azotize dwindle French walk grandame onside refectory table Sam Browne sunfast sweepstake запечатлеться злословие многополье мышца рутил силиконовый