PARƏ

PARƏ1

f. 1) parça, para, tikə, hissə; 2) ədəd; 3) az, azacıq, bir az; 4) bölük, bölmə; 5) ayın ilk gecələrində Ayın oraq kimi görünən şəkli.

PARƏ2

f. yırtıq, cırıq; yırtılmış, cızılmış.

PARƏ3

f. pul.

PAPUŞ
PARƏ-PARƏ
OBASTAN VİKİ
Parəbüzən
Parabüzən (lat. Coccinella) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin parabüzənlər fəsiləsinə aid heyvan cinsi. == Bədən quruluşu == Parabüzən qara 6 ayağa və başa sahibdir. Rəngi qırmızıdan sarımtıl rəngdə qədər müxtəlif rənglərdə ola bilir. Bəzi tropik ərazilərdə mavi, yaxud yaşıl rəngli parabüzənlərə də rast gəlmək olar. Növündən asılı olaraq çoxlu xallara sahibdir. == Təbii bioloji silah kimi == Parabüzənlər yarpaq bitləri kimi bir çox zərərverici cücülər ilə qidalandığı üçün yararlı hesab olunurlar və əkinçilikdə zərərli cücülərə qarşı təbii bioloji silah kimi istifadə olunurlar. Bu üsul ekoloji cəhətdən təmiz və ucuzdur. Bununla belə, bəzi növləri otlarla qidalandığı üçün saylarının çoxalması əkinçiliyə zərər vura bilər.
Parəbüzənlər
Parabüzənlər (lat. Coccinellidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Bu fəsiləyə aid qırmızı bərk qalxanvari qanadları üzərində 7 ədəd qara xalları olan yeddinöqtəli parəbüzən (Coccinella septempunctata) növü faydalıdır. Bədənin uzunluğu 4–7 mm, girdə və üstü qabarıq (sferik) formalıdır. Dünyanın hər yerində müxtəlif növləri yayılmışdır. Azərbaycanda 60-dan çox növü vardır. Böcəklər əsasən bitkilərdəki zərərverici həşəratlardan mənənə, yastıca və onların sürfələri ilə qidalanır. Kənd təsərrüfatı bitkilərinə zərərverənlərə qarşı bioloji mübarizə məqsədilə insanlara xeyir verən böcəkdir. Parəbüzənləri kimyəvi mübarizə üsullarından qorumaqla onların çoxalmasına səbəb yaradılmalıdır.
Yeddinöqtəli parəbüzən
Yeddinöqtəli parəbüzən (lat. Coccinella septempunctata) — Parəbüzənlər fəsiləsinin parabüzən cinsinə aid heyvan növü. Naxçıvan şəraitində böcəklər aprel ayının birinci ongünlüyündə yabanı kolların üzərində görünməyə başlayırlar == Biologiyası == Naxçıvan şəraitində böcəklər aprel ayının birinci ongünlüyündə yabanı kolların üzərində görünməyə başlayırlar. Tədricən aqresonozlara və bağlara miqrasiya edirlər. Miqrasiyanın başlanması bunların spesifik qidasını təşkil edən mənənələrin, fitonomuslar, yastıcaların və tor gənəciyinin yayılması və çoxalması ilə əlaqədardır. Hər böcək gün ərzində 200-300-ə qədər mənənə yeyir, sürfələr isə daha intensiv qidalanır. Sürfələr qida axtarmaqda kifayət qədər aktiv olurlar. Qida çatışmaqda sürfələrdə hannibalizm (bir-birini yemək) baş verə bilər. Sürfələrin inkişafı metamorfozdur, 4 dövr keçirirlər. Bu proses qabıqdəyişmə yolu ilə gedir.
Parəbüzən (film)
Parəbüzən (ing. Lady Bird) — Qreta Qerviqin rejissorluğu ilə 2017-ci ildə çəkilmiş film. Film onun rejissorluqda ilk işidir. Film 2002-ci ildə Kaliforniyanın Sakramento şəhərində yaşayan 17 yaşlı Kristinin həyatından bəhs edir. == Rollarda == Saoirse Ronan — Christine "Lady Bird" McPherson Laurie Metcalf — Marion McPherson Tracy Letts — Larry McPherson Lucas Hedges as Daniel "Danny" O'Neill Timothée Chalamet — Kyle Scheible Beanie Feldstein — Julianne "Julie" Steffans Lois Smith — Sister Sarah Joan Stephen McKinley Henderson — Father Leviatch Odeya Raş — Jenna Walton Jordan Rodrigues — Miguel McPherson Marielle Scott — Shelly Yuhan Jake McDorman — Mr. Bruno John Karna — Greg Anrue Bayne Gibby — Casey Kelly Laura Marano — Diana Greenway Andy Buckley — Matt Kathryn Newton — Darlene Bell == İstinadlar == == Xarici keçidlər == Parabüzən — Internet Movie Database saytında.
Möcüzəli: Parəbüzən və Qara Pişiyin Macəraları
Möcüzəli: Parabüzən və Qara Pişiyin macəraları (fr. Miraculous, les aventures de Ladybug et Chat Noir; ing. Miraculous: Tales of Ladybug & Cat Noir; adətən Möcüzəli Parabüzən kimi qısaldılmışdır) Tomas Astruk tərəfindən yaradılmış və Ceremi Zaq tərəfindən hazırlanmış fransız cizgi serialıdır. Serial Fransanın Zagtoon və Method Animation şirkətləri tərəfindən istehsal olunur və Yaponiyanın Toei Animation studiyasının Avropa bölməsi və bir neçə beynəlxalq şirkəti ilə birgə istehsal olunur. Serialda əsas diqqət iki Parisli yeniyetmə: Merinet Dupeyn-Çenq və Edriyn Aqrest haqqındadır, onlar şəhəri super canilərdən qorumaq üçün müvafiq olaraq Parabüzən və Qara Pişik adlı super qəhrəmanlara çevrilirlər. TF1 -in TFOU blokunda serial ilk dəfə Cənubi Koreyada 1 sentyabr 2015-ci ildə EBS1-də nümayiş etdirildi. Beynəlxalq miqyasda bu, bəzi ölkələrdə istisna olmaqla, əsasən Disneyə məxsus kanallarda və ya Disney+ kanallarında yayımlanır. Serial müxtəlif komikslər, romanlar və video oyunlar da daxil olmaqla, onunla əlaqəli bir neçə məhsulu olan bir media franşizasını yaratdı. Parabüzən və Qara Pişik: Film 2023-cü ildə Fransada kinoteatrlarda nümayiş etdirildi. == Epizodlar == Epizodların siyahısına baxa bilmək üçün klikləyin.