penoşüşə
pensiya
OBASTAN VİKİ
Mayk Pens
Maykl Riçard Pens (ing. Michael Richard "Mike" Pence; 7 iyun 1959[…]) — Amerikalı Respublikaçı siyasətçi, İndiana ştatının 50-ci qubernatoru və Amerika Birləşmiş Ştatlarının 48-ci vitse-prezidenti. 2000-ci ildə ABŞ Nümayəndələr Palatasına seçilmişdir. Mayk Pens 1959-cu ildə ABŞ-nin İndiana ştatının Kolumbs şəhərində anadan olmuşdur. Hanover Kollecini bitirdikdən sonra İndiana Universitetinin Robert Makkinli hüquq məktəbində hüquqşünaslıq üzrə təhsil almışdır. 1988, 1990-cı illərdə ABŞ Konqresinə namizəd olsa da, seçilməmişdir. 1994–1999-cu illərdə siyasi və tənqidi fikirləri məşhurlaşmış, televiziya və radio verilişlərinə rəhbərlik etmişdir. 2000-ci ildə İndiana ştatından ABŞ Nümayəndələr Palatasına seçilmiş və 2013-cü ilə qədər bu vəzifədə qalmışdır. Mayk Pens siyasi karyerasında daha çox Çay partiyası hərəkatının ideoloqu və təəssübkeşi kimi tanınmışdır. 2012-ci ildə İndiana ştatının 50-ci qubernatoru seçilmiş, 2013-cü ilin yanvar ayından etibarən vəzifələrinin icrasına başlamışdır.
Cardamine pensylvanica
Cardamine pensylvanica (lat. Cardamine pensylvanica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü.
Carex pensylvanica
Carex pensylvanica (lat. Carex pensylvanica) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Eri (Pensilvaniya)
Eri (ing. Erie) — ABŞ-nin Pensilvaniya ştatının şimal-qərbində yerləşən şəhər. Adını sahilində yerləşdiyi göldən və cənub sahilində yaşayan eyniadlı xalqdan alan Eri şəhəri Pensilvaniya ştatının ən böyük 4-cü şəhəridir (digərləri Filadelfiya, Pittsburq və Allentaundur). 1999-cu ilə qədər ştatın ən böyük 3-cü şəhəri idi. Eri metropolis bölgəsində 280 min, urbanizasiya bölgəsində isə 195 min nəfər yaşayır. Eri şəhəri Eri əyalətinin inzibati mərkəzidir. Eri şəhərinin yaxınlığında Buffalo, Klivlend, Pittsburq kimi şəhərlər yerləşir. Şəhərdə xidmət, səhiyyə, turizm, təhsil kimi xidmət sahələri inkişaf etməkdə olmasına baxmayaraq ağır sənayesinə görə Eri ştatda əhəmiyyətli yer tutur. Milyonlarla turist Presk Ayl Ştat Parkını ziyarət edir, eləcə də şəhərdəki kazino və at yarışlarına axışır. Eri şəhəri "flaqman" ləqəbi ilə tanınır, çünki şəhərin tarixi ABŞ dəniz komandiri Oliver Azar Perrinin flaqman gəmisi "Niagara" ilə xatırlanır.
Hordeum pensanum
Pensakola dağları
Pensakola dağları (ing. Pensacola Mountains) — Şərqi Antarktidanın qərbində yerləşən dağ silsiləsi. Filhner şelf buzlağı ərazisinə istiqamətlənir. Pensakola dağları şimaldan cənuba 500 km məsafədə uzanır. Suxurları əsasən Paleozoy və Mezozoy dövrlərinə aiddir. Dağların böyük hissəsini buzlaqlar ilə örtülüdür. Pensakola dağları 13 yanvar 1956-ci ildə amerikan ekspedisiya tərəfindən aşkarlanmış və Florida ştatında yerləşən Pensakola şəhərinin şərəfinə adlandırılmışdır.
Pensilvaniya
Pensilvaniya (ing. Pennsylvania) – ABŞ-də ştat. Mərkəzi Harrisburq şəhəridir. Pensilvaniya sözü İngilis Admiralı Vilyam Pennin soyadının və meşəlik ərazi (woodland) mənasındakı "sylvania" sözünün İngilis kralı Charles tərəfindən birləşdirilməsindən törəmişdir. == Coğrafiya == Pensilvaniya,şərqində Nyu-Cersi,cənub-şərqində Delaver,cənubunda Merilend və cənub-qərbində Qərbi Virciniya,qərbində Ohayo,şimalında Nyu-York və Eri gölü ilə əhatə olunmuşdur.Ştat şimal-cənub istiqamətində 204 km,şərq qərb istiqamətində isə 455 km uzunluğundadır.Ştatın ən böyük çayı Susquehanna çayıdır.Ştatın şərqində Appalaç dağları uzanır. === Demoqrafiya === Pensilvaniyada 12.418.756 nəfər əhali yaşayır.Əhalinin 83,8% ağ dərili,10,4% qara dərili,2,3% monqoloid,0,1% isə hindular təşkil edir.
Pensilvaniya Universiteti
Pensilvaniya Universiteti (ing. University of Pennsylvania) — Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən qədim universitetlərindən olmaqla ən aparıcı ali təhsil ocaqlarından biridir. Pensilvaniya Universiteti humanitar və texniki elmlər üzrə geniş spektrdə elmi-tədqiqat işləri aparır. Ali təhsil ocağı özəl universitet kimi fəaliyyət göstərir, lakin onu hərdən Steyt-Kollec şəhərində yerləşən Pensilvaniya Ştat Universiteti və Filadelfiya Universiteti ilə səhv salırlar. == Tarixi == Pensilvaniya Universiteti 1740-cı ildə alim, jurnalist, diplomat Bencamin Franklin tərəfindən yaradılmışdır. İlk vaxtlar xeyriyyə məktəbi kimi fəaliyyət göstərən təhsil müəssisəsi 1755-ci ildə kollecə çevrilir və B.Franklin Pensilvaniya Kollecinin prezidenti olur. Franklin ictimai qulluq və ticarət üçün yararlı, klassikaya əsaslanan təhsil proqramını təbliğ edirdi. O zamankı siyasi xadimlərin çoxunun adı bu təhsil ocağı ilə bağlıdır: Kontinental konqresin 24 nümayəndəsi, "Müstəqillik haqqında Deklarasiya" mətninin altında imzası duran 9 tanınmış sima - Bencamin Franklin, Corc Klaymer Fitzsimons, Frensis Hopkinson, Tomas Makkin, Robert Morris, Vilyam Paca, Corc Ross, Bencamin Raş və Ceyms Vilson; ABŞ Konstitusiyasının mətnini imzalayan 10 şəxs - Bencamin Franklin, Corc Klaymer Fitzsimons, Cared İngersoll, Rufus Kinq, Tomas Mifflin, Qouverner Morris, Robert Morris, Corc Vaşinqton, Hyu Vilyamson və Ceyms Vilson bu kollecin məzunları olublar. 1779-cu ildə kollecə universitet statusu verilib. Pensilvaniya Universiteti ABŞ-də ilk universitet statusu almış ali məktəbdir.
Pensilvaniya Ştat Universiteti
Pensilvaniya Ştat Universiteti (ing. Pennsylvania State University) — Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında yerləşən ali təhsil müəssisəsi.
Pensilvaniya ştatı
Pensilvaniya (ing. Pennsylvania) – ABŞ-də ştat. Mərkəzi Harrisburq şəhəridir. Pensilvaniya sözü İngilis Admiralı Vilyam Pennin soyadının və meşəlik ərazi (woodland) mənasındakı "sylvania" sözünün İngilis kralı Charles tərəfindən birləşdirilməsindən törəmişdir. == Coğrafiya == Pensilvaniya,şərqində Nyu-Cersi,cənub-şərqində Delaver,cənubunda Merilend və cənub-qərbində Qərbi Virciniya,qərbində Ohayo,şimalında Nyu-York və Eri gölü ilə əhatə olunmuşdur.Ştat şimal-cənub istiqamətində 204 km,şərq qərb istiqamətində isə 455 km uzunluğundadır.Ştatın ən böyük çayı Susquehanna çayıdır.Ştatın şərqində Appalaç dağları uzanır. === Demoqrafiya === Pensilvaniyada 12.418.756 nəfər əhali yaşayır.Əhalinin 83,8% ağ dərili,10,4% qara dərili,2,3% monqoloid,0,1% isə hindular təşkil edir.
Penso
Penso (fr. Pinsot) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38306. Kommunanın 2012-ci il üçün əhalisi 206 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 551 ilə 2858 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Penstemon
Penstemon (lat. Penstemon) — bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. Penstemonun çiçəklərinin beş erkəkciyi vardır.Penstemon yunan sözü olub, "beş erkəkcik" deməkdir. Dünyada Penstemon cinsinin 250-dən çox növü məlumdur ki, onlardan gülçülükdə əsasən 5 növdən istifadə olunur. Bu bitki çoxillik olmasına baxmayaraq yaşıllaşdırmada birillik bitki kimi yetişdirilir. Hibrid penstemon (P.x.hybridus) qırxbuğum penstemon (P.geptianoides), Xartveqa penstemonu (P.hartwegii) və ağac sarmaşığı penstemonu (Pcobaea) növlərindən yaşıllaşdırmada geniş istifadə olunur. Yazda bitki kök boğazında yarpaq rozeti əmələ gətirir və ondan zoğların uclarında çiçəkləri olan, zəif budaqlanan gövdə yaranır. Çiçəkləri qırmızı, çəhrayı, xallı olur. Hibrid penstemonun hündürlüyü 80 sm-dir. 1871-ci ildən mədəni bitki kimi yetişdirilir.
Penstemon albomarginatus
Penstemon albomarginatus (lat. Penstemon albomarginatus) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon anguineus
Penstemon anguineus (lat. Penstemon anguineus) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon azureus
Penstemon azureus (lat. Penstemon azureus) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon barbatus
Penstemon barbatus (lat. Penstemon barbatus) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon barnebyi
Penstemon barnebyi (lat. Penstemon barnebyi) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Penstemon bicolor
Penstemon bicolor (lat. Penstemon bicolor) — bağayarpağıkimilər fəsiləsinin penstemon cinsinə aid bitki növü.
Qazaxıstanda pensiya islahatı (1998)
Qazaxıstan Respublikası — Müstəqil Dövlətlər Birliyi ölkələrinin arasında əhalinin pensiya təminatında islahatlar aparan ilk dövlətdir. Qazaxıstanda pensiya sistemi Çili pensiya sisteminin prototipi idi. Sovet İttifaqının dağılması ilə vahid pensiya sistemi çökdü. 20 iyun 1997-ci ildə Qazaxıstan Respublikasında 20 iyun 1997-ci il tarixli 136-I saylı Qazaxıstan Respublikasında pensiya təminatı haqqında qanun çıxdı. 1998-ci ildə Qazaxıstanda pensiya islahatına başlandı. 1 yanvar 1998-ci ildən bəri bütün işləyən vətəndaşlar gəlirlərinin 10% -ni yığım pensiya fonduna fərdi pensiya hesablarına ayırmaq məcburiyyətindədirlər. Təqaüd islahatının inkişaf etdiriciləri Qriqori Marçenko və Daulet Sembayev idi. Pensiya fonduna yığılan vəsait islahata görə "Qazaxıstan Xalq Bankı" ASC-nin törəmə şirkəti olan "Qazaxıstan Xalq Bankının Yığım Pensiya Fondu" Səhmdar Cəmiyyəti tərəfindən idarə olunur. Bu qanuna uyğun olaraq, 1998-ci il yanvarın 1-dən etibarən bütün işləyən vətəndaşlar gəlirlərinin 10% -ni yığım pensiya fonduna fərdi pensiya hesablarına köçürmək məcburiyyətindədirlər. Eyni zamanda, vətəndaşların könüllü təqaüd vermə hüququ da vardır.
Ridinq (Pensilvaniya)
Ridinq — Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatının Berks əyalətində şəhər. 87.575 əhalisi olan bu şəhər Pensilvaniyada beşinci böyük şəhərdir. Ştatın cənub-şərq hissəsində yerləşir və Böyük Ridinq ərazisinin əsas şəhəridir. 2010-cu ilin siyahıyaalmasına görə, ölkə ərazisində yoxsul vətəndaşların ən yüksək payı Ridinq şəhərindədir. Son illərdə Ridinq velosipedlərin dayanaçağına çevrilmişdir. Şəhər Beynəlxalq Dağ Velosiped Assosiasiyasının Hərəkət Mərkəzidir və 2017-ci il sentyabr ayının 8-9-da Ridinq Redsport Festivalına ev sahibliyi etmişdir. == Tarixi == Delavarlar hindliləri kimi tanınan Delavarlar Ridinq ərazisində məskunlaşan ilk xalq hesab olunurlar. Pensilvaniya koloniyası 1680-ci ildə yaradılmışdır və torpaq sahəsi İngiltərə kralı II Çarlesdən Uilyam Pennə hədiyyə edilmişdir. 120000 km2 -dən çox torpağa sahib olan bu hədiyyə onun atası Ser Uilyam Pennin şərəfinə adlandırılmışdır. == Coğrafiyası == Ridinq Filadelfiyadan 105 km şimaı-qərbdə Pensilvaniya ştatında yerləşir.
Rubus pensilvanicus
Rubus pensilvanicus (lat. Rubus pensilvanicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Salmo penshinensis
Al-əlvan qızılxallı, Mikija ,Poladbaş qızılxallı? (lat. Oncorhynchus mykiss) — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Göy qurşağı qızılbalığı və ya Polad baş (Oncorhynchus mykiss), 1882-ci ildə Şimal Amerikadan Avropaya gətirilmiş olan bir alabalıq növü. Balıq istehsalı üçün Avropalı alabalıq növlərindən çox daha uyğundur (25 dərəcə su istiliyi belə problemi olmaz) və ləzzətli və az sümüklü ətindən ötəri yemək balığı olaraq çox sevilər. Göy qurşağı qızılbalığı 80 sm uzunluğa və 10 kq ağırlığa vara bilər. Qaranlıq bir mənzərənin qarşısında dayansa yan tərəfindəki qırmızı xətti ilə gözə dəyər, amma işıqlıq bir mənzərənin qarşısında haradasa heç görülməz. Dərə qızılbalığına çox bənzər amma qırmızı nöqtələri onunkindən daha diqqətə çarpandır, başı daha qısadır və çənəsinin alt qisimi daha önə çıxıntılıdır. == Həyat tərzi == Polad başlar balaykən sürü olaraq yaşayarlar. Ancaq 3 kilo ağırlığa vardıqlarından sonra tək başlarına, özlərinə aid olaraq mənimsədikləri bir alan/sahə içərisində ovlanmağa başlarlar.
Senecio pensilis
Senecio pensilis (lat. Senecio pensilis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sentreyliya (Pensilvaniya)
Sentreyliya (ing. Centralia) — ABŞ-nin Pensilvaniya ştatında yerləşən ölü şəhər. 60-cı illərdə başlamış və indiyədək davam edən yeraltı yanğınlar səbəbiylə şəhərdə yaşayan əhalinin sayı 1000 nəfərdən (1981) 12 nəfərə (2005) düşmüşdür. 2007-ci ildə şəhərdə 9 nəfər, 2013-ci ildən isə cəmi 7 nəfər yaşamaqdadır. Sentreyliya şəhəri hal-hazırda Pensilvaniya ştatında ən az əhali məskunlaşmış şəhər hesab olunur. == Əvvəlki illəri == 1841-ci ildə Conatan Faust Nərildəyən Çay şəhərciyi (Roaring Creek Township) adlanan bölgədə "Bull`s Head" adlı aşxana açır. "Locust Mountain Coal and İron Company"-nin mədən mühəndisi olan Aleksandr V.Ria adlı şəxs bu ərazidə olaraq, burada küçə salma layihəsini hazırlayır. Bu məntəqə ilk öncələr Centreville adı ilə tanınmışdır. Buna baxmayaraq, Skulkil (Schuylkill) ətrafında artıq Centreville adlı şəhər olduğundan, poçt xidməti iki müxtəlif yaşayış məntəqəsinin eyni adla adlandırılmasına icazə verməmişdir. Bu səbəbdən də Aleksandr Ria 1865-ci ildə şəhərin adını dəyişərək Sentreyliya qoyur və 1866-cı ildə Sentreyliya şəhər statusu alır.
Skranton (Pensilvaniya)
Skranton — Pensilvaniya ştatında Filadelfiya, Pittsburq, Allentaun, Eri və Ridinq şəhərlərindən sonra altıncı böyük şəhəri. Lakavanna əyalətinin şəhər mərkəzidir və federal məhkəmə binası burada yerləşir. 570000 əhalisi olan Vyomin valisinin ən böyük şəhəridir və 77291 nəfər əhalisi var. Skranton Lakavanna çayı vadisinin coğrafi və mədəni mərkəzidir. 1866-cı ilin aprel ayının 23-də yaranmışdır və yarandıqdan sonra əsas sənayesi şəhəri, dağ-mədən və dəmir yolları mərkəzi olmuş və minlərlə immiqrantı özünə cəlb etmişdir. == Tarixi == Skranton şəhəri 1866-cı ilin aprel ayının 23-də yaranmışdır. === Yenidən bərpası === 1980-ci illərin ortalarından bəri şəhər canlanmağa başladı. Yerli hökumət və cəmiyyətin böyük hissəsi şəhərin binalarına və tarixinə maraq göstərdi. == Coğrafiyası == Skranton şəhərinin ümumi sahəsi 66 km2 -dir. ABŞ siyahıya alma bürosunun məlumatlarına əsasən quru sahəsi 65 km2 və su sahəsi isə 0.2 km2 -dir.

Значение слова в других словарях