Pinargözü mağarası
Pinargözü (türk. Pinargözü Mağarası, suyun gözü) — Türkiyənin cənub-qərbində mağara. Mağara Isparta ilində yerləşir. Pinargözü mağarası Yenişarbademli ilçəsindən 11 km qərbdədir. Mağara uzunluğu 10-16 km-dir. Uzunluğuna görə mağara Türkiyədə birinci, Avropada isə ikincidir. Mağara girişi 1550 metr yüksəklikdə, Dedegel dağının yamacındadır. Giriş ölkənin Qızıldağ milli parkının ərazisindədir. Mağara daxilində çay, göl və şəlalə mövcuddur. Mağara daxilində olan suyun temperaturu 4–5 °C-dir.