PİRİM

mənim odum, mənim ocağım, mənim işığım, mənim Tanrım.
PİRİ
PİRKAMAL
OBASTAN VİKİ
Ovçu Pirim
"Ovçu Pirim", yaxud "Ovçu Pirim nağılı" — Pirim adlı ovçunun macəralarından bəhs edən Azərbaycan xalq nağılı. == Nağılın nəşr olunması == İlk dəfə nağıl 1889-cu ildə "Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu"nun yeddinci nəşrində "Tatar^ nağılları" başlığı ilə nəşr olunmuşdur. Nağılın bu variantını 1888-ci ildə Şamaxı şəhərində şəhər müəllimi Aleksandr Kalaşev danışıb. Bakı quberniyasının Şamaxı rayonunun Saqiyan kəndinin sakinləri olan bibisi, 90 yaşlı Manışaq Karoğlanova, əmisi Musa Kalaşev və atası İsaak Kalaşevin sözlərindən onun tərəfindən lentə alınıb. Toplunun 1899-cu ildə çapdan çıxmış 26-cı nəşrində "Zaqafqaziyada tatar xalq ədəbiyyatı" fəslində Ovçu Pirim haqqında rəvayət dərc edilmişdir. Bu məlumatlar Yelizavetpol quberniyasının Cavanşir qəzasının Mamırlı kəndində Zaqafqaziya Müəllimlər Seminariyasının şagirdi Musa Quliyev tərəfindən qeydə alınıb. Bu nağılın süjeti birincinin süjetindən tamam fərqli idi, ancaq hər iki nağılda Pirim ovçu idi. Fəslin ön sözündə Tiflis gimnaziyasının direktoru A. Boqoyavlenski yazırdı: Ovçu Pirim haqqında rəvayət nəcib hisslərin təsirli mübarizəsinin mənzərəsini verir: Nağıl 1935-ci ildə Hənəfi Zeynallının tərtib etdiyi və Moskvada professor Sokolovun redaktorluğu ilə nəşr olunan "Azərbaycan, türk nağılları" toplusunda çap olunub. Nağıl 1937-ci ildə Hümmət Əlizadənin "Dastanlar və nağıllar" kitabında çap olunub. Nağıl 1959-cu ildə Əhliman Axundovun redaktorluğu ilə "Azərbaycan nağılları" məcmuəsində çap olunub.
Qurban Pirimov
Qurban Baxşəli oğlu Pirimov (Primov) (oktyabr 1880, Abdal, Şuşa qəzası – 29 avqust 1965, Bakı) — Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti (1931). == Həyatı == Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Abdal Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir. == Fəaliyyəti == Qurban Pirimov XIX əsrin sonlarında ifaçılıq etməyə başlamış, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirmişdir. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirir. Q. Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılmışdır. 15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür.
Qurban Pirimovun ev-muzeyi
Qurban Pirimovun ev-muzeyi — XVIII əsr Qarabağın məşhur aşığı olan Aşıq Valehin nəticəsi, Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti Qurban Primovun ev-muzeyi. == Tarixi == Muzeyin yaradılması ideyası Mədəniyyət Nazirliyi tərəfindən 1991-ci ilin sentyabrında irəli sürmüşdür. 9 nəfərlik ştat ilə təsdiq edilərək ilk direktoru Fəxrəddin Hacıyev təyin edilmişdir. == Eksponatlar == O dövrdə eksponatların toplanılması mürəkkəb vaxtda həyata keçirilmişdir. Qurban Pirimova aid şəxsi əşyalarının bir qismi Azərbaycan Musiqi Tarixi Muzeyində, bir qismi əhalidə, bir qismi isə saxlanırdı. Yaradılan müvafiq qrup Ağdam Mədəniyyət Şöbəsində tarzənin doğulduğu məscidə yaxın olan Abdal-Gülablıda kəndindəki mənzilinə baxmış, təzə binanın tikinitisinə qərar vermişdir. Həyətində uzunluğu 12 metr və eni 6 metr olmaqla yeni muzey binasının tikintisinə başlanır. Yeni bina Q. Primovun köhnə mənzilindən bir neçə metr aralıda idi. Tez bir zamanda yeni bina tikilərək, nazirliyin bərpaçı rəssamlar qrupuna, — başda Bəhram Əliyev olmaqla muzeydə tərtibat işlərini həyata keçirtmək üçün təhvil verilir. Giriş hissəsində Q. Primovun əlində tar olmaqla xüsusi detallardan şam fiquru hazırlanır.