POLİSTİROL

I
сущ. полистирол (прозрачное стеклообразное вещество, используемое для изготовления предметов бытовой техники и домашнего обихода)
II
прил. полистирольный, полистироловый. Polistirol lakı тех. полистирольный лак, полистирол мембран связь. полистироловая мембрана
POLİSPAST
POLİTEXNİK
OBASTAN VİKİ
Polistirol
Polistirol — benzol və etilenin birləşməsindən əmələ gələn stirolun xətti polimeri [—CH2—CH (C6H5)—]n olub, şüşəyəbənzər maddədir. Emal zamanı etilen aluminiumxloridin köməyi ilə katalizator kimi benzola daxil etdirilir. Polistirol ucuz böyük həcmli termoplastdır, yüksək bərkliyi, yaxşı dielektrik xassələri, nəmliyə davamlığı ilə fərqlənir, asanlıqla rənglənir və deformasiya olunur, ətraf mühit üçün təhlükəli deyil. Onun istiyə davamsızlığı və nisbi kövrəkliyi çatışmayan cəhətlərindəndir. Sənayedə polistirollar kütlədə və ya su emulsiyasında polimerləşmə ilə alınaraq basma, ştamplama üsullarının tətbiqi ilə lazımi fomaya salınır. Polistirol kütlə və ya köpüklü plastik kimi istifadə olunur. Ondan tökmə sənayesində modellər hazırlanır, üyüdülmüş halda içlik materiallarına da daxil edilir. Bundan əlavə polistiroldan avtomobil, radiotexnika, məişət texnikasının hazırlanmasında geniş istifadə olunur. Həmçinin kauçuk və digər plastik kütlələrlə qarışıq şəklində də tətbiq olunur. == Mənbə == Şükürov R. İ. Metalşünaslıq.

Digər lüğətlərdə