"Chatham House" qaydası
"Chatham House" qaydası — görüşə gələn hər kəsin müzakirədə verilən məlumatlardan istifadə etməkdə sərbəst olması, lakin həmin xüsusi şərhi kimi verdiyini açıqlamağa icazə verilmədiyi qayda. Bu, müzakirələrin daha da açıq olması üçün nəzərdə tutulmuşdur. Qayda mübahisəli mövzular üzrə debatlar və diskussiya panelləri keçirmək üçün yaradılmış bir sistemdir. Bu qayda 1927-ci ilin iyununda təsis edilmiş Kral Beynəlxalq Münasibətlər İnstitutunun Londonda yerləşən qərargahının adını daşıyır.
Qayda 1927-ci ildə yaradılmış və 1992-ci ildə təkmilləşdirilmişdir. Tərkibinə sonuncu dəfə 2002-ci ildə dəyişiklik edilmiş qaydada qeyd olunur:
Bəzi hallarda "Chatham House" qaydalarına istinad edilir. Bununla belə, "Chatham House" bildirmişdir ki, bu, bir qaydadan ibarət olduğuna görə tək halında istifadə edilməlidir.
Qayda dövlət siyasətinin və cari məsələlərin müzakirəsinin daha açıq formada aparılmasını təşviq etmək üçün nəzərdə tutulmuşdur. Bu, insanlara öz karyeraları üçün risk yaratmadan, işəgötürənlərinin rəyindən və baxışından aydın şəkildə ayrı olan mübahisəli fikirləri və arqumentləri ifadə və müzakirə etmək üçün imkan yaradır.
1927-ci ildə yaradılmış orijinal qaydaya 1992-ci ilin oktyabrında və yenidən 2002-ci ildə dəyişikliklər edilmişdir.