pulpit
pulsasiya
OBASTAN VİKİ
Pulsar
Pulsarlar(döyünən radio ulduz)-Qütblərindən radiodalğalardan rentgen şüalarına qədər böyük bir diapozonda şüalar yayan və öz oxu ətrafında yüksək sürətlə dövr edən neytron ulduzdur.Bu ulduzlar öz qütbləri ilə Yer kürəsinə tərəf döndükdə biz bu şüaları müşahidə edə bilirik. Bu obyektlər bir növ mayaka bənzəyirlər,yəni mayak çox istiqamətdə işıq saçır, lakin yalnız istiqaməti bizə tərəf olanda onu görürük.Pulsarlar yüksək sıxlığa və sürətli fırlanma perioduna malikdirlər.Onlar öz xəyali fırlanma oxları ətrafında bir saniyəyə bir neçə dövr edə bilərlər.Bəzi pulsarlar isə saniyəyə bir neçə yüz dövr edə bilirlər və belə pulsarları millisaniyə pulsarları adlandırırlar.Hesab olunur ki, pulsarlar yüksək və ultra-yüksək enerjili astrohissəciklərə namizəd ola bilərlər. Pulsarların dəqiq dövrləri onları faydalı edir. İkili neytron ulduzu sistemində pulsarın müşahidəsi dolayısı ilə qravitasiya dalğalarının mövcudluğunu təsdiq etmək üçün istifadə edilmişdir. İlk ekzoplanet PSR B1257 +12 pulsarının ətrafında kəşf edilmişdir. Pulsarların müəyyən növləri zamanı ən dəqiq ölçən atom saatlarına rəqib ola bilirlər. == Müşahidə tarixi == === Kəşf === İlk pulsar Cokelin Bell Bernell və Entoni Xyoiş tərəfindən 28 Noyabr 1967-ci ildə müşahidə edilmişdir. Onlar başlanğıcını səmanın eyni yerindən götürmüş və ulduz sutkasında saxlanmış bir-birindən 1.33 saniyə fərqlə ayrılmış iki döyünməni müşahidə edirdilər. İmpulslar üçün izah axtarır, qısamüddətli döyünmələr üçün ulduzlar kimi astrofiziki radiasiya mənbələrini istisna edirdilər və impulslar ulduz saatını izlədiyindən bu, texnogen radio tezlik müdaxiləsi də ola bilməzdi. Daha bir teleskopla aparılan müşahidələr şüalanma hadisəsini təsdiq etdi və hər hansı bir cihaz xətasının olmadığını göstərdi.Bu zaman Bernell və Xyoiş öz qeydlərində deyirdilər: "Biz həqiqətən də inanmırdıq ki, başqa bir sivilizasiyadan siqnalları qəbul etmişik, lakin açıq-aydın idi ki bizim ideyamız ağlımızı keçmişdi və bizdə bunun təbii radio dalğa şüalanması olmasına aid heç bir sübut yox idi.