QAYBALI

“Qeyb olmuş Əli” deməkdir. (“Əli yolunun davamçısı” kimi anlaşıla bilər). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QAYA
QAYBULLA
OBASTAN VİKİ
Qaybalı
Qaybalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Qeybalı kəndi Xəlfəli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qeybalı kənd Soveti yaradılmışdır. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaybalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Toponimikası == Kənd keçmişdə Qeybalıkənd adlanmışdır. Bu ad qismən təhrifə ugramışdır. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycanın Xoy mahalındakı Qeybəyli (Qayıbaylı) kəndindən koçüb gələnlər salmışlar. Bəzi tədqiqatçılar bu toponimi Qeybalı şəxs adi ilə əlaqələndirirlər. == Tarixi == Qaybalı kəndi Əzət bəyim Cavanşirə məxsus olub.

Digər lüğətlərdə