QONMAQ

f.
1. Yuxarıdan, havadan enərək bir şey üzərində oturmaq, dayanmaq; enmək. Sərçələr söyüd ağacına qondular.
– Pendir ağzında bir qara qarğa; Uçaraq qondu bir uca budağa. M.Ə.Sabir.
Bir qaya başına qartal qonaraq; Dayanmış yenə də sakit vüqarla! S.Vurğun.
Sığırçınlar səhər çağı gələr, budaqlara qonub səslənər, baharın müjdəsini gətirərlər. Mir Cəlal.

// Yerə enmək. Təyyarə meydançaya qondu.
– Aeroplan çölə qondu. Ə.Məmmədxanlı.

// Toz haqqında – çökmək, oturmaq. Paltarına toz qonmaq. Stolun üstünə bir barmaq toz qonubdur.
// Cəld oturmaq, əyləşmək, minmək.
Qoç Koroğlu qonar olsa yəhərə; Yağı düşmənləri salar qəhərə. Koroğlu”.
Oğlan bir anda [buğanın] başına qonub bıçağını çəkdi, boğazını kəsdi. M.Rzaquluzadə.

2. məc. Çökmək, təzahür etmək, ifadə etmək.
Qeyri-adi bir kədər uşağın gözlərinə qonmuşdu. M.İbrahimov.
[Qızın] üzünə qonan sevincli bir təbəssüm güzgü kimi Beyrəyin də üzündə əks etdi. M.Rzaquluzadə.

3. məc. Şığımaq, hücumla birinin başının üstünü almaq. Əsgərlərimiz şahin kimi düşmən üzərinə qondular.

Синонимы

  • QONMAQ minmək — əyləşmək
  • QONMAQ enmək — düşmək — çəkmək — oturmaq
  • QONMAQ şığımaq
QONMA
QONOKÓKK

Значение слова в других словарях