Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qonaq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Qovaq
Qovaq (lat. Populus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi.
Ağ qovaq
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. == Botaniki təsviri == Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Ağyarpaq qovaq
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. == Botaniki təsviri == Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Deltaşəkilli qovaq
Dəfnəyarpaq qovaq
Dəfnəyarpaq qovaq (lat. Populus laurifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Ümumi yayılması == Növün arealı Qərbi və Şərqi Sibiri, Qazaxıstanı, Monqoliyanı, Çinin şimal rayonlarını əhatə edir. Mədəni şəraitdə Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürülüyü 10–20 (25) m, çadırvari çətirli ağacdır. Zoğları və cavan budaqları sarı və ya sarımtıl-qonur, üç uzunsov qanadvari buğumludur. Yaşlı ağaclarda gövdənin aşağı hissəsində dərin yarıqlı, tünd bozdur; yaşlı budaqlarda yaşılımtıl-qonur, hamardır. Tumurcuqları uzunsov-yumurtavari, iti, uzunluğu 1–2 sm, yapışqanlıdır. Yarpaqları bünövrəsində yumru, ucunda biz, kənarları xırda dişli, zoğlarda yarpaq ayası ensiz, lansetvari; budaqlarda-yumurtavari və ya uzunsov, uzunluğu 6–15 sm, eni 2–7 sm-dir. Saplaqların uzunluğu 6 sm-dir, silindrik, üstü çıxıntılıdır.
Nazik qovaq
Qara qovaq
Qaraqovaq (lat. Populus nigra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz Gürcüstan, Rusiyanın Avropa hissəsi, Qazaxıstan, Qərbi Avropa, Kiçik Asiya, İran və Şimali Amerikada təbii аrеаlı vаrdır. == Bioloji xüsusiyyətləri == İri, hündürlüyü 25–30 m-ə çаtаn еnli çətirli аğаcdır. Budаqlаrı gövdəsindən аrаlı dаyаnır. Gövdələrinin qаbığı qаlın, tündbоz rəngdə, üzərində çаtlаr vаrdır. Zоğlаrı çılpаq və pаrlаqdır, silindir şəkildə, sаrı və yа sаrımtıl-bоzdur. Tumurcuqlаrı çılpаq və qоnurdur. Üzərində qatrаnlı, pаrlаq örtük vаrdır, bir qədər yаnа əyilmişdir. Yаrpаqlаrının uzunluğu 5-12 sm, еni 4-15 sm-dir.
Qonaq evi
Mehmanxana, hotel, otel və ya qonaq evi (fr. hôtel) — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt. == Mehmanxanaların təsnifatlaşdırılması meyarları == Mehmanxanalar müxtəlif meyarlara görə təsnifləşdirilir: 1. Komfort səviyyə; 2. Nömrə fondunun tutumu; 3. Mehmanxanaların funksional təyinatı; 4. Mehmanxananın yerləşdiyi yer; 5. Mehmanxananın işləmə müddəti; 6. Qonaqların yeməklə təminatı; 7. Qonaqların qalma müddəti; 8.
Qovaq yarpaqyeyəni
Qovaq yarpaqyeyəni-(lat. Chrysomella populi L.) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ == Xarici quruluşu == Bədəninin uzunluğu 10–12 mm-dir. Beli tünd-yaşıl rənglidir. Qanadları isə qırmızıya çalır. Abşeron şəraitində böcəklər və sürfələr müxtəlif növ qovaq və söyüd ağaclarının üzərində yaşayır. Onlar müxtəlif illərdə yaşıllıq bitkilərinə, o cümlədən qovaq bitkisinə 40-50% zərər verirlər Böcəklər qışlamadan aprel ayının əvvəlləri çıxırlar. Dişi fərdlər 10-15 gün qidalandıqdan sonra yumurta qoymağa başlayırlar. Yumurtaları sarı rənglidir. Uzunluğu 2–3 mm, eni isə 1–2 mm-dir. Yumurtaların inkişafı 6-7 gün çəkir.
Qovaq şibyəyeyəni
Qovaq şibyəyeyəni (lat. Eilema complana) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Ön və arxa qanadları E.lurideola növünün qanadlarına oxşayır. Ön qanadlar ensiz, bir qədər uzun, arxa qanadlar enli açıq sarıdır. Tırtılı da əvvəlki növün tırtılına oxşayır, yəni qara-boz olub, üzəri qısa qara tüklərlə örtülüdür, yanlarda qırmızı-sarı ləkələr vardır. Başı qaradır. == Yayılması == Adi növdür. Geniş yayılmışdır. Kəpənəkləri Qəbələdən, Lənkərandan, Ağdaşdan (Dəhnə Xəlil), Bakıdan toplanmışdır. Əsasən düzənlik və dağətəyi rayonlarda yayılmışdır.
Qoçaq Əsgərov
Əsgərov Qoçaq Məhərrəm oğlu (27 dekabr 1978, Qoçəhmədli, Füzuli rayonu) — Azərbaycanlı xanəndə və piano ifaçısı, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == Qoçaq Əsgərov 1978-ci il dekabrın 27-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Altı yaşında olarkən, o, ilk dəfə doğma Füzuli şəhərinin ictimai səhnəsində ifa etməyə başladı. Balaca oğlan hər yerdə ifa edirdi — evdə və doğma kəndini əhatə edən meşə və dağlarda. Balaca Qoçaq peşəkar müğənni olmaq arzusuna mübtəla olmuşdur; o, valideynlərindən xəbərsiz olaraq musiqi məktəbinə daxil olur, ancaq qəflətən başlanan müharibə və onun ardınca ​​1992-ci ildə Qarabağın ermənilər tərəfindən işğalı, onun musiqi ilə məşğul olmasına maneəçilik törədir. Onun ailəsi, digər yüzlərcə ailələr ilə birlikdə, ölümdən xilas olmaq üçün öz evlərini və mal-qarasını tərk etməyə məcbur edilmişdilər. Bakıya yerləşməzdən öncə, onlar bir neçə il ərzində bir şəhərdən digərinə səyahət edən qaçqınların həyatını yaşamalı oldular. Bütün bu əzablı illərə və çətinliklərə baxmayaraq, o, öz istedadının cəmiyyət tərəfindən qəbul edilməsi üçün sona qədər dözümlü qaldı. 1998-ci ildə Qoçaq Əsgərov Bakı Musiqi Akademiyasının muğam vokal sinfinə qəbul edilmişdir. 2004-cü ildən — 2008-ci ilə qədər o, Azərbaycan Milli Konservatoriyasında musiqi və ənənəvi vokal fənlərini öyrənirdi.
Sosnovski qovaq
Titrək qovaq
Əsməqovaq (lat. Populus tremula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir. Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur. Yarımkölgədə, gilli torpaqlarda yaxşı bitir. Rütubət sevəndir. Yaşılaşdırmada geniş istifadə olunur. == Çiçək: == Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir. Mart ayında çiçəkləyir.
Əntiqə Qonaq
Qonaqova Əntiqə Güləmməd qızı (21 yanvar 1959, Maqsudkənd, Xaçmaz rayonu) — Azərbaycanın ilk qadın hərbi jurnalisti, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008). == Həyatı == Qonaqova Əntiqə Güləmməd qızı 21 yanvar 1959-cu il tarixində Xaçmaz rayonu Maqsudkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Maqsudkənd 8 illik məktəbini, 1976-cı ildə isə Ləcət kənd orta məktəbini yaxşı və əla qiymətlərlə bitirmişdir. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani bölməsini radio-televiziya jurnalistikası ixtisası üzrə, 2010-cu ildə isə həmin universitetin hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərindən başlayaraq Televiziya və Radio Verilişləri Komitəsinin Gənclik verilişləri baş redaksiyasında "Nəğməli-sözlü gənclik", "Tələbə dünyası" və sair müəllif verilişlərilə dinləyici və tamaşaçıların qarşısına çıxmışdır. 15 ilə qədər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir kimi fəaliyyət göstərmişdir. 1984-cü ildə təyinatla jurnalistlik fəaliyyətinə başlamışdır. Avtomobil Nəqliyyatı Nazirliyinin "Magistral" qəzetində korrektor, müxbir (1984-1990), "Həyat" qəzetində baş müxbir (1990–1992), "Biznes" qəzetində şöbə müdiri (1992-1993), "Ana" müstəqil qadın qəzetində təsisçi və baş redaktor (1993-1996), "Azərbaycan" qəzetində müxbir (1999-2001), 2001-2017-ci illərdə isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin Mətbuat xidmətində baş məsləhətçi vəzifəsində işləmişdir. Dövlət qulluğu müşaviridir. Hal-hazırda təqaüddədir.
Ətirli qovaq
Ətirli qovaq (lat. Populus suaveolens) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Ümumi yayılması == Şimali Amerikanın qərb sahillərində, cənubi Alyaskadan Kaliforniyayadək olan ərazilərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 18–21, bəzən 27 m, gövdəsinin qalınlığı 0,6 m və daha çoxdur. Quru oduncağının sıxlığı 470 kq/m²-dir. 8–10 yaşında çiçəkləməyə başlayır. Sırğalarının uzunluğu 5–9 sm-dir, çox miqdarda xırda çiçəklidir (uzunluğu təxminən 3 mm). Erkək çiçəkləri 20–30 erkəkciklidir. Yetişmiş dişi sırğalarının uzunluğu 10–15 sm-dir. == Ekologiyası == Çınqıllı və qumlu torpaqlarda, çay və göl sahillərində bitir.
Qovaq (dəqiqləşdirmə)
Qovaq — Söyüd fəsiləsindən bitki cinsi.
Görünməz qonaq
Görünməz qonaq (isp. Contratiempo) — 2016-cı ildə buraxılmış ispan detektiv triller filmi. Bu Bədən filmindən sonra rejissor Oriol Paulonun ikinci triller filmidir. Film 6 yanvar 2017-ci ildə İspaniyada yayımlandı. Bu, 4 milyon avroluq büdcəsinə qarşı 30,5 milyon dollar həcmində gəlir əldə etmişdir. Film rəsmi olaraq iki dəfə yenidən hazırlanmışdır: 2018-ci ildə nümayiş etdirilən italyan Görünməz şahid filmi və Red Chillies Entertainment tərəfindən 8 mart 2019-da yayımlanan hind filmi Badla.
Qonaq (dəqiqləşdirmə)
Qonaq — Qonaqlığa gedən şəxs və ya şəxslər. Qonaq evi — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt, mehmanxana, hotel. Qonaq otağı — Evdə qonaqlara, görüşə gələnlərə məxsus xüsusi otaq.
Qonaq evi (Novoçerkassk)
Qonaq evi — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Qarışıq stildə inşa edilmişdir Ünvan: Rostov vilayəti, Novoçerkassk şəhəri, Platovski prospekti, ev 59б. == Tarixi == Qonaq evi Rostov vilayəti, Novoçerkassk şəhəri, Platovski prospekti ərazisində iki mərtəbədən ibarət olan bir tikilidir. İlk əvvəllər bu daş tikilinin yerində taxtadan ibarət olan bir bina vardı. Ətrafı isə boşluq idi. Novoçerkassk şəhərinin salınmasının yubleyi münasibətilə 18 may 1805-ci ildə bu ərazidə daşdan tikiləcək qonaq evinin təməli atılmışdır. Yerləşdiyi küçənin mühüm binalarından biri olması səbəbi ilə əlaqədar onun adı bütün küçəyə verilmişdi. Bina iki korpusdan ibarət idi. Hazırda yalnız sağ korpus qorunub saxlanılmışdır.
Satışa qoşmaq hüququ
Satışa qoşmaq hüququ (ing. Drag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Satışa məcbur etmək” və bəzi ədəbiyyatlarda "özünlə dartmaq hüququ" kimi də adlandırılır. Satışa qoşulmaq hüququnun əksidir. Satışa qoşmaq hüququ investora imkan verir ki, o öz səhmlərini kənar şəxsə satdıqda, səhmdarı (sahibkarı) öz səhmlərini satmağa məcbur etsin. Əksəriyyət riskli kapital investisiyalarda bu şərtlər sahibkar və investor(lar) arasında imzalanan səhmdarlar müqaviləsində əks olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu üsulun istifadəsini qadağa edən norma olmasa da, mövcud səhmdarlar tərəfindən öz səhmlərini kənar şəxsə satışında müəyyən məhdudiyyətlər qoyulub . Bu hüquq majoritar səhmdarlara minoritar səhmdarları şirkətin satılmasına qoşulmağa məcbur etmək imkanı verən hüquqdur. Bu zaman majoritar səhmdar minoritar səhmdara hər hansı digər səhm satanların təklif etdiyi eyni qiyməti və şərtləri təklif etməlidirlər. Bu hüquq majoritar səhmdarları qorumaq üçün nəzərdə tutulub.
Görünməz qonaq (film, 2016)
Görünməz qonaq (isp. Contratiempo) — 2016-cı ildə buraxılmış ispan detektiv triller filmi. Bu Bədən filmindən sonra rejissor Oriol Paulonun ikinci triller filmidir. Film 6 yanvar 2017-ci ildə İspaniyada yayımlandı. Bu, 4 milyon avroluq büdcəsinə qarşı 30,5 milyon dollar həcmində gəlir əldə etmişdir. Film rəsmi olaraq iki dəfə yenidən hazırlanmışdır: 2018-ci ildə nümayiş etdirilən italyan Görünməz şahid filmi və Red Chillies Entertainment tərəfindən 8 mart 2019-da yayımlanan hind filmi Badla.
Laplandiyalı qonaq (film, 2009)
Laplandiyalı qonaq tammetrajlı musiqili televiziya film-tamaşası rejissor Faiq Kərimoğlu tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Bakıdakı mədəniyyət saraylarının birində fərqli Yeni il şənliyi keçirmək qərara alınır. Bunun üçün Santa-Klausu Laplandiyadan Azərbaycana gətirmək təklif olunur. Əsas rolları Səyavuş Aslan, Yasin Qarayev, Sabir Məmmədov, Tofiq Hüseynov, İlham Binəli və Naibə Allahverdiyeva ifa edirlər. == Məzmun == Bakıdakı mədəniyyət saraylarının birində fərqli Yeni il şənliyi keçirmək qərara alınır. Bunun üçün Santa-Klausu Laplandiyadan Azərbaycana gətirmək təklif olunur. Amma onu cənuba gətirmək elə də asan başa gəlmir. Santa-Klaus bir qrup mədəniyyət işçisindən Azərbaycandan gəldiklərini sübut etmək üçün muğam oxumağı tələb edir.
Qonaq-Qaralı Ev (1992)
== Məzmun == Kinolentdə "Moskva" mehmanxanasında aparılan yenidənqurma işlərindən söhbət gedir. == Film haqqında == Film "Moskva" mehmanxanasının sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Akif Rüstəmov Ssenari müəllifi: Akif Rüstəmov Operator: Ələkbər Muradov Səs operatoru: Marat İsgəndərov == Sponsor == "Moskva" mehmanxanası == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 321.
Yastıqşəkilli-fır qovaq mənənəsi
Yastıqşəkilli-fır qovaq mənənəsi (lat. Pemphigus populinigrae Schrk., 1801)-Azərbaycanda əsasən dağətəyi və dağlıq yerlərdə rast gəlinir. == Xarici quruluşu == Əsasqoyan sürfə. Bədən kələkötür-girdə, tutqun yaşıl, baş, ayaq, bığcıq və xortum, habelə anus seqmenti tutqundur. Gözlər üçfasetli, tutqun qırmızıdır. Döş və qarın tutqun-yaşıl, bozumtul rəngli və ləkəli marqinal çıxıntılar qarın seqmentinin hər birisində kənar hissədə yerləşmişlər. Döş və qarın seqmentləri aydın surətdə bir-birindən ayrılmışlar. Bədən az və ya çox dərəcədə tüklü, xüsusilə bığcıqlar, onun IV buğumu bunlardan əlavə üzəri eninə istiqamətli cərgədə qısa və iti tükcüklərlə əhatə edilmişdir. Birinci buğumda 2 tükcük, ikincidə 2 tükcük, III isə 6 tükcük vardır. IV buğumda əsas rinariya yaxın 2 bazal rinari şprisin zirvəsində yerləşir.
Göman (Sərdəşt)
Göman (fars. گمان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (63 ailə).
Boraq
Boragh ya da Boraq (fa: نفربر براق) İran istehsalı zirehli transportyordur. Boragh tranportyorunun, Çinin Type 86 (BMP-1) modelinin əksinə mühəndislik ilə tərtib edilmiş və təkmilləşdirilmiş versiyası olduğuna inanılır. Yeniləmələrə çəkidə azalma, daha yüksək yol sürəti və daha güclü zireh daxildir. Avtomobil tamamilə amfibidir və NBC müdafiə sistemi və infraqırmızı gecə görmə avadanlığı ilə təchiz edilmişdir. Dayandırılması burulma çubuğu ilədir. Əməliyyat mənzili 550 km, maksimum sürəti yolda 65 km/saat, yolsuzluq şəraitində isə 45 km/s təşkil edir. İran Müdafiə Sənayesi Təşkilatının (DIO) Vasitə və Avadanlıq Qrupu (VEIG) tərəfindən üç əlavə variantının istehsal edildiyi 2002-ci ilin may ayında bildirildi. Bunlar 120 mm-lik bir minaatan daşıyıcısı, bir sursat tədarükü vasitəsi və inkişaf etmiş silahlarla təchiz olunmuş zirehli transportyordur. == Təsvir == Boragh tırtıl əlavə edilmiş bir APC-dir. Asfatltanmış yollarda yola dəyəcək zərəri azaltmaq üçün onun tırtıllarına rezin elementlər əlavə olunmşdur.
Damaq
Damaq (lat. palatum, yun. uranos) ağız boşluğunun damını, eləcə də burun boşluğunun dibini təşkil edir. Tağ şəklində olub, basıq səthi aşağı baxır və iki hissəyə bölünür: ön 2/3 hissəsi sərt damaq — lat. palatum durum və arxa 1/3 hissəsi isə yumuşaq damaq — lat. palatum molle adlanır.
Dodaq
Dodaqlar — çənəağızlı onurğalıların əksəriyyətində ağız dəliyini əhatə edən hərəkətsiz dəri büküşləri. Üst və alt dodaq olur. Tısbağalarda, quşlarda və kloakalı yetkin məməlilərdə çənədə qərni dimdiyin olması ilə əlaqədar dodaq yoxdur. Balıqlarda dodaqların üzərində adətən dad və hiss orqanları çox olur və ovu tutmağa kömək edir. Suda-quruda yaşayanların əksəriyyətində dodaqlar tənəffüs zamanı ağız boşluğunu qapamaq üçündür. Sürünənlərdə (ilanlarda və kərtənkələlərdə) dodaqlar aydın görünür və üst tərəfdən qərni dodaq qalxançıqları ilə örtülmüşdür. Məməlilərdə dodaqlar hərəkətlidir, balaların əmməyə, yetkin fərdlərin isə yemi fəal surətdə tutmağa uyğunlaşması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb edir. Dodaqlar eninə zolaqlı əzələlərdən təşkil olunmuşdur. Filin, donuzun, tapirin üst dodağı çox dartılmış və xortumun, ya da burunun alt tərəfini əmələ gətirir. Dəyirmiağızlılarda üst dodaq sormac funksiyasını yerinə yetirir.
Komar
Yuxarı Komar (Culfa)
Kovaq
Qaymaq
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Ağotaq
Ağotaq (Marağa)
Gogan
Gogan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Gogan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,949 nəfər və 3,109 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.