QULAQARDI

is. Qulağın dal tərəfi.
◊ Qulaqardına vurmaq (vermək) – qulaq asmamaq, qəsdən fikir verməmək, özünü eşitməməzliyə, bilməməzliyə qoymaq. [Həsən:] Neçə dəfə ağaya demişəm, qulaq asmır.
Gah da görürsən qulaqardına verir. Ə.Haqverdiyev.
Səməd bütün deyilən sözləri qulaqardına verdi. M.Hüseyn.
Kərim əvvəlcə bu sözləri qulaqardına vurdu. M.İbrahimov.

QULAQALTI
QULAQBALIŞI

Digər lüğətlərdə