RAİZ
RAKİB
OBASTAN VİKİ
Anti-ballistik raket
Antibalistik raket – ballistik raketlərə qarşı istifadə edilən döyüş raketi. Ballistik raketlər nüvə, kimyəvi, bioloji və ya adi döyüş başlıqları atmaq üçün istifadə edilirlər. Antiballistik raketlər isə bu raketlərə qarşı istifadə edilirlər.
Antiballistik raket
Antibalistik raket – ballistik raketlərə qarşı istifadə edilən döyüş raketi. Ballistik raketlər nüvə, kimyəvi, bioloji və ya adi döyüş başlıqları atmaq üçün istifadə edilirlər. Antiballistik raketlər isə bu raketlərə qarşı istifadə edilirlər.
Ballistik raket
Ballistik raket — nüvə və ya digər başlıq daşıya bilən uzun mənzilli idarə olunan və ya güdümsüz mərmi. Bu raketlər tək bir nüvə başlıq daşıya biləcəkləri kimi birdən çox başlıq daşıyaraq bu başlıqları fərqli hədəflərə göndərə bilər.
Bora (raket)
Bora — Türkiyə istehsalı olan qısa mənzilli ballistik raketdir. Döyüş raketi Roketsan şirkəti tərəfindən hazırlanaraq 2017-ci ildən xidmətə qəbul edilmişdir. INS və GPS başlıqlı olub, Belarus istehsalı olan MZKT-7909 8x8 yük maşını ilə daşınır. İxrac versiyası Kaan adı ilə tanınır. Daha uzun bir mənzilli bir versiyası olan Bora-2 isə hazırlanma mərhələsindədir. Lülə çapı 610 mm, döyüş başlığının çəkisi 470 kq, mühərriki TMZ-84631.10, əməliyyat mənzili 280 km, maksimum sürət 70 km/s, mərminin hədəfdən yayınma payı 30–50 m təşkil edir.
Buk (zenit-raket kompleksi)
Buk zenit-raket kompleksi ilk dövrlərdə Sovet İttifaqı, sonradan isə davamçı ölkələrdən biri olan Rusiya Federasiyası tərəfindən istehsal olunan özüyeriyən, orta mənzilli zenit-raket kompleksidir. Qanadlı raketlər, ağıllı bombalar, təyyarə, helikopter, həmçinin pilotsuz uçuş aparatı kimi hava hədəflərinə qarşı mübarizə aparmaq məqsədilə dizayn olunmuşdur. Bu sistem özündən əvvəl istehsal olunan "Kub" zenit-raket komplekslərini əvəz etmək məqsədilə silahlanmaya qəbul olunmuşdur. Seriyalı istehsal olunan ilk "Buk" kompleksləri ABŞ Müdafiə Nazirliyi tərəfindən SA-11 adı ilə tanınır. NATO kod adı Grizzly olan və ABŞ Müdafiə Nazirliyi tərəfindən SA-17 adı ilə tanınan, yeni raketlərlə təchiz olunan növbəti variantlar isə "Buk-M1-2" və "Buk-M2" idi. 2013-cü ildə bu sistemin ən yeni variantı olan "Buk-M3" seriyalı istehsala hazırlanmışdır. Rusiya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan dəniz versiyası 2014-cü ildən etibarən silahlanmaya qəbul olunub. == Döyüş tətbiqi == Abxaz separatçılarının verdiyi məlumata görə 2008-ci il may ayının əvvəllərində "Buk" zenit-raket kompleksi vasitəsilə Gürcüstan Hərbi Hava Qüvvələrinə məxsus dörd ədəd pilotsuz uçuş aparatı məhv edilmişdir. Bəzi məlumatlara görə 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş qısamüddətli hərbi toqquşma zamanı Gürcüstan Silahlı Qüvvələrinə məxsus "Buk" zenit-raket kompleksləri vasitəsilə Rusiya Hərbi Hava Qüvvələrinə aid üç ədəd Su-25 qırıcısı və bir ədəd Tu-22M strateji bombardmançı təyyarəsi məhv edilmişdir. ABŞ rəsmiləri də bu məlumatı təsdiqləmişdir.
Daşıyıcı raket
Daşıyıcı raket (ing. carrier rocket) - Yer səthindən kosmosa, adətən, Yerin orbitinə və ondan uzağa yük daşıması üçün istifadə olunan raket. == Yükünə görə == NASA daşıyıcı raketləri Dünya orbitindən daşıdığı yük qabiliyyətinə görə aşağıdakı kimi təsnifatlandırmışdır: Kiçik daşıyıcı raket: < 2,000 kiloqram (4,400 funt) - misal üçün Vega Orta daşıyıcı raket: 2,000 to 20,000 kiloqram (4,400 to 44,100 funt) - misal üçün Soyuz ST Ağır daşıyıcı raket: > 20,000 to 50,000 kiloqram (44,000 to 110,000 funt) - misal üçün Ariane 5 Çox ağır daşıyıcı raket: > 50,000 kiloqram (110,000 funt) - misal üçün Saturn V == İstinadlar == == Xarici keçidlər == S. A. Kamal, A. Mirza: The Multi-Stage-Q System and the Inverse-Q System for Possible application in SLV, Proc. IBCAST 2005, Volume 3, Control and Simulation, Edited by Hussain SI, Munir A, Kiyani J, Samar R, Khan MA, National Center for Physics, Bhurban, KP, Pakistan, 2006, pp 27–33 Free Full Text S. A. Kamal: Incorporating Cross-Range Error in the Lambert Scheme, Proc. 10th National Aeronautical Conf., Edited by Sheikh SR, Khan AM, Pakistan Air Force Academy, Risalpur, KP, Pakistan, 2006, pp 255–263 Free Full Text S. A. Kamal: The Multi-Stage-Lambert Scheme for Steering a Satellite-Launch Vehicle, Proc. 12th IEEE INMIC, Edited by Anis MK, Khan MK, Zaidi SJH, Bahria Univ., Karachi, Pakistan, 2008, pp 294–300 (invited paper) Free Full Text S. A. Kamal: Incompleteness of Cross-Product Steering and a Mathematical Formulation of Extended-Cross-Product Steering, Proc. IBCAST 2002, Volume 1, Advanced Materials, Computational Fluid Dynamics and Control Engineering, Edited by Hoorani HR, Munir A, Samar R, Zahir S, National Center for Physics, Bhurban, KP, Pakistan, 2003, pp 167–177 Free Full Text S. A. Kamal: Dot-Product Steering: A New Control Law for Satellites and Spacecrafts [sic], Proc. IBCAST 2002, Volume 1, Advanced Materials, Computational Fluid Dynamics and Control Engineering, Edited by Hoorani HR, Munir A, Samar R, Zahir S, National Center for Physics, Bhurban, KP, Pakistan, 2003, pp 178–184 Free Full Text S. A. Kamal: Ellipse-Orientation Steering: A Control Law for Spacecrafts [sic] and Satellite-Launch Vehicles, Space Science and the Challenges of the twenty-First Century, ISPA-SUPARCO Collaborative Seminar, Univ.
Döyüş raketi
Raket silahı məhvedici vasitənin lazımı məqsədə çatdırılması üçün tətbiq olunan silah növüdür. Reaktiv mühərriklə işləyən, yönəldici sistemə malik pilotsuz mərmilər, yerdə, göydə, dənizdə hədəfləri vurmaq üçün tətbiq edilən müxtəlif raket komplekslərinin toplusunu buna misal göstərmək olar. Raket silahının tərkib hissələrinə aşağıdakılar daxildir: İdarəetmə sisteminə malik mərmilər üçün raket daşıyıcılar, Buraxma qurğuları, Texniki təchizat vasitələri, nəqletmə və saxlama. Daşıyıcı sistemlərinə görə bölünürlər: “Yer hədəfi əleyhinə” “Yer-yer” “Tank əleyhinə” “Hava hədəvi əleyhinə” “Yer-göy” “Göy-göy” “Raket əleyhinə” “Dəniz hədəfi əleyhinə” “Süni peyk əleyhinə” və s. Kiçik ölçülü raketlər daşıyıcısız olub əsgərlər tərəfindən daşına bilirlər. Məsələn “Stinger” raketini əsgər boynunda oturtmaqla havada uçan təyyarəni vura bilmək imkanına malikdir. Raket silahların hədəfi axtarma sisteminin təsir əhatəsi başqa uçan aparatlara nisbətən məhdud olduğundan, kombinasiya edilmiş sistemlərdən də istifadə edirlər. İlkin olaraq raket təxmini olaraq hədəf istiqamətində buraxılır və sonra havada onunla idarəetmə sistemi arasında informasiya əlaqəsi nəticəsində hərəkət trayektoriyası korreksiya edilir. Sonuncu mərhələdə raketin öz sisteminin köməyi ilə hədəf dəqiq nişanlanır.
Gepard zenit-raket kompleksi
35 mm-lik "Gepard" zenit-raket kompleksi
Gəmi əleyhinə raket
Bu döyüş raketləri gəmiden, qurudan, qurudakı texnikadan, sualtı vasitədən, təyyarədən və helikopterdən buraxıla bilər. Gəmi əleyhinə raket — müxtəlif növ gəmilərə və ya böyük katerlərə qarşı istifadə olunan idarə olunan raketlərdir. Tarixdə ilk gəmi əleyhinə raketlər Nasist Almaniyası tərəfindən istehsal olunub. 1943–44-cü illərdə Aralıq dənizində 31 ədəd Henscel Hs 293 və 7-dən çox Fritz X gəmisinin məhv edilməsində istifadə olunub.
Gəncəyə raket hücumu
Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları — 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması. Bombalanmalar 2020-ci il Qarabağ döyüşləri dövründə baş vermişdir. İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir.
Hava-hava raketi
Hava-hava Raketləri (Air-to-Air Missile; AAM) təyyarə və helikopterlər tərəfindən digər uçan nəqliyyat vasitələrini məhv etmək üçün istifadə olunan silahlardır. Bu silahlar istiyə və ya hədəfə göndərilən və əks olunan radar və lazer siqnalları və ya hədəfdən çıxan radar siqnalları ilə idarə olunurlar. == Tarixi inkişaf == Bu sahədə ilkin tədqiqatlara İkinci Dünya müharibəsi zamanı Alman mühəndisləri tərəfindən başlanılmışdır. Böyük müttəfiq bombardmançı birləşmələrini məhv etmək üçün hazırlanmış Ruhrstal X-4 raketi müharibənin sonlarına doğru ortaya çıxdı. Ruhrstal X-4, tellə idarə olunan bir raket idi və raket buraxıldığı təyyarənin pilotu tərəfindən idarə olunurdu. Almanların bu ilk əsərləri müharibənin sonunda bir çox layihə ilə birlikdə ABŞ və Rusiya tərəfindən ələ keçirildi. Əvvəlcə mövcud nəzəriyyələrlə hava-hava raket tədqiqatlarına başlayan mühəndislər, o dövrlərin favoriti olan radardan istifadə edərək bir raket inkişaf etdirməyə çalışırdılar. Bununla birlikdə, radarların həcm baxımından ölçüsü bəzi çətinliklər yaradırdı. O zaman ABŞ-dən Dr. William B. Mcclean adlı bir alim meydana gəldi.
Hrim-2 (raket sistemi)
Ukraynada "Qrom-2" operativ-taktiki raketi sınaqdan keçirilib. Raket sınaqlarının videogörüntüləri Ukraynanın milli sənaye portalında yerləşdirilib. Görüntülərdən də aydın olur ki, raketin mühərriki xüsusi sınaq poliqonunda sınaqdan keçirilir. Həmçinin bir neçə il öncə Ukrayna hərbi sənayesi bu raket üzrə işlərə başladı, lakin maddi-texniki problemlərə görə, işlər təxirə salındı. Raket üzərində Belarusdan olan mütəxəssislər çalışır və raketlər Belarus istehsalı olan mobil platformanın üzərində yerləşdirilib. "Qrom-2" raketlərinin sifarişçisi, investoru və təbii ki, hüquqi sahibi Səudiyyə Ərəbistanıdır. Ukrayna tərəfi sadəcə olaraq bu raketlərin hazırlayıcısıdır. Bununla belə, kompleksin tam hazırlığı halında Səudiyyə Ərəbistanının icazəsi ilə Ukrayna tərəfi onları satış hüququ ilə birgə ala bilər. Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı ilk "Qrom-2"ləri 2019-cu ildə əldə etməyi planlaşdırır". "Belə operativ-taktiki raketlər demək olar ki, hər ölkədə var.
LORA (raket)
LORA (ivr. ‏לורה‏‎) – İsrail Aerokosmik Sənayesi tərəfindən istehsal olunan kvasiballistik raket. 400 km atış məsafəsi olan bu raketin məhv etmə dəqiqliyi 10 metrə bərabərdir. Həm gəmidən, həm də qurudan atəş açmaq qabiliyyətinə malikdir. 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil edilmişdir. LORA İkinci Qarabağ müharibəsinin son günlərində həlledici rol oynamışdır. Erməni ordusunun Şuşadakı qüvvələri gücləndirmək üçün istifadə etdiyi və Laçında yerləşən körpünün partladılmasında LORA-dan istifadə edilsə də, körpüyə ancaq minimal zədə vura bilmişdir.
Meteoroloji raket
Bəzən bir tədqiqat raket adlanan bir səsli raket alt-orbital uçuş zamanı ölçmə aparmaq və elmi təcrübələri yerinə yetirmək üçün hazırlanmış bir alət daşıyıcısıdır. Raketlər Yerin səthindən 50 metrdən 1500 kilometrədək (31 -932 mil) cihazları aparmaq üçün istifadə olunur; ümumiyyətlə hava balonları və peykləri arasındakı hündürlük (balonların maksimal hündürlüyü təxminən 40 km) və peyklər üçün minimum hündürlük isə təqribən 120 km (75 ml)-dir. Səsli raketlər tez-tez hərbi artilleriyada raket mühərrikləri kimi istifadə edilir. NASA müntəzəm olaraq ekso-atmosfer bölgəsində 100– 200 km arasında (62 və 124 mil) 270-450 kiloqram olanTerrier Mk 70-i uçurtdu. == Etimologiya == Terimin mənşəyi dənizçilik lüğətlərindən irəli gəlir, beləki suyun dərinliyini ölçmək üçün gəmidən suyun içərisinə ağırlıqlı bir ip atmaq lazımdır. Termin özünün etimoloji kökləri Portuqaliyalı, İtalyan, İspan və Fransız sözü olub "sonda" və "sonde" kimi səsləndirilir. Raket kontekstində səsləndirilməsi ölçən qəbuletməyə ekvivalentdir. == Quruluşu == Səslənən raketin əsas elementləri bərk yanacaqlı raket motorudur və elmi yüküdür. Daha böyük, yüksək hündürlükdə raketlərin səmərəliliyinin artırılması və yük qabiliyyətini artırmaq üçün 2-3 mərhələ vardır. Ortalama uçuş müddəti 30 dəqiqədən azdır, adətən 5- 20 dəqiqə arasındadır.
Qısa mənzilli ballistik raket
Qısa mənzilli ballistik mərmi mənzili 1000 km və ya daha az olan ballistik raketlərdir. Ayrıca nüvə başlıq daşıya bilmə tutumuna sahibdirlər. Ballistik raketlərin müasir hərbi hərəkatlarında istifadəsi İkinci Dünya müharibəsi illərinə təsadüf edir. Faşist Almaniyasının 1942-ci ilin sonlarından etibarən inkişaf etdirdiyi V-2 ballistik raketlərinin atası sayılır. Bu mərmilər içlərinə yerləşdirilən primitiv bir avtomatik pilot sisteminin köməyi ilə 800-1000 metr hündürlükdə 500 km/saat sürətlə uça bilirlər və 1000 kq partlayıcı maddə ehtiva edən hərb başlığını 250 km uzaqlığa çatdıra bilirlər.
R-27 (hava-hava tipli raket)
Vympel R-27 (NATO kod adı: AA-10 "Alamo", Cyrillic P-27 Sovet/Rusiya istehsalı olan və havadan havaya hədəfləri məhv etmək üçün hazırlanan hava-hava tipli raketdir. 1978-ci ildən xidmətdədir. Bu raket Çində lisenziya ilə istehsal edilir. Uzunluğu: 4.08 m Diametri: 0.230 m Ağırlığı: 253–350 kq Döyüş hissəsinin çəkisi: 39 kq İdarəetmə sistemləri: İnfraqırmızı görüntüləmə (İİR (R-27T)), yarı-aktiv radar (R-27R), aktiv radar (R-27AE), passiv radar Hədəfin sürəti: 3500 km/saat Raketin sürəti: 5512 km/saat (4.5 Mach) Hədəfə çatma müddəti: 60 saniyə Manevrə qabiliyyəti: 8G Hədəfi məhvetmə hündürlüyü: 3 – 30.000 m Hədəfi məhvetmə uzaqlığı: 0.2 – 170 km == İstifadə edə biləcək təyyarələr == MiQ-23 MiQ-29 Su-27, Su-30 Su-33 Su-34 Su-35 Su-37 PAK FA T-50 Yak-141 Azərbaycan Hərbi Hava Qüvvələrinin silahlanmasında da yer alır. Ukraynadan alınmışdır.
R-36 (raket)
R-36 (ru: Р-36) Sovet İttifaqında istehsal edilmiş qitələrarası ballistik raketdir. Raket üç döyüş başlığı daşıya bilər və ilk Sovet MIRV döyüş raketiidir. Orijinal modelin NATO kod adı SS-9 Scarp, R-36M isə SS-18 Satan (Şeytan) adlandırılmışdır. R-36, Tsiklon buraxıcı qurğularının əsasını təşkil edir. Raketin bu gün RS-28 Sarmat ilə əvəzlənməsi planlaşdırılır. Maksimum əməliyyat mənzili 10,200-16,000 km təşkil edir.
R-73 (hava-hava tipli raket)
Hava-hava tipli R-73 raketi.
Raad (Gəmi əleyhinə raket)
Raad (fa: رعد, h.t: “Şimşək”) - İranın konstruksiya etdiyi və inşa etdiyi subsonik gəmi əleyhinə qanadlı raketdir. Raket, Çinin Silkworm gəmi əleyhinə raketinin tərsinə mühəndislik yolu ilə tərtib edilmiş və təkmilləşdirilmiş bir variantıdır. Raket dövlətə məxsus İran Aviasiya Sənayesi Təşkilatı (IAIO) tərəfindən hazırlanmışdır. İran 2004-cü ilin yanvarından Raadın tam istehsalına başlanıldığını və 2007-ci ildən istifadəyə verildiyini bildirmişdir. Raket qurudan və gəmidən buraxılmaq üçün platformalar ilə təchiz edilmişdir. Kütləsi 3000 kq, uzunluğu 7.36 metr, diametri 0,76 metr, döyüş başlığının çəkisi 450-550 kq, mühərriki qatı yanacaqlı gücləndirici, itələyici qüvvəsi turbo-jet mühərriki, əməliyyat mənzili 360 km, uçuş hündürlüyü isə dənizin üstündə uçan raketlərə müvafiqdir. == İnkişafı == İran-İraq müharibəsi dövründə Çin İrana çox sayda Silkworm gəmi əleyhinə raketin iki variantını - HY-2 və HY-4-ü özündə birləşdirən versiyalarını vermişdir. Müharibədən sonrakı dövrdən əvvəl İran ordusu, əsasən Birləşmiş Krallıq və ABŞ tərəfindən təmin edilən xarici silahlardan çox asılı idi. Müstəqilliyə nail olmaq və silah sahəsindəki xarici xərcləri azaltmaq üçün İran əks mühəndislik kampaniyasına başladı və sahib olduğu bütün silahları istehsal etdi. Raad, İranın əks mühəndisliklə tərtib etdiyi silahlardan biri idi.
Raad (anti-tank raketi)
Raad (farsca: رعد, "ildırım") və ya RAAD, Sovet 9M14M Malyutka (AT-3b Sagger) raketinə əsaslanan İranın tel başlıqlı tank əleyhinə raketidir. Raad, 1988-ci ildə kütləvi istehsala başlamış və 1997-ci ildə ictimaiyyətə təqdim edilmişdir. İran Müdafiə Sənayesi Təşkilatının bir törəməsi olan Parchin Raket Sənayesi tərəfindən istehsal edilmişdir. Raad ailəsi dörd variantda gəlir: əsas RAAD raketi, 9M14M Malyutka-M-in (AT-3b Sagger) klounu; SACLOS rəhbərli I-RAAD, tandem döyüş başlıqlı RAAD-T və həm tandem döyüş başlıqlı və həm də SACLOS istiqamətləndirmə sistemli I-RAAD-T. I-RAAD-T versiyası ailənin ən müasir və ən çox ixrac edilən üzvüdür. Raad, Toophan (TOW kopyası), Towsan-1 (AT-5B kopyası), Dehlaviyeh (AT-14 kopyası) və Saegheh (M47 Dragon (Əjdaha) kopyası) (İran) ilə birlikdə İranda toplanan bir sıra tank əleyhinə raketlərdən biridir. I-RAAD-T variantı üçün yalnız 400 mm RHA nüfuzu ilə, RAAD müasir və ya köhnə döyüş tanklarına qarşı istifadə edilmir və əsasən ikinci xətt vahidlərinə və ya yumşaq hədəflərə qarşı istifadə olunur. Raad İraq, Livan və Suriyadakı paramilitar qüvvələrə ixrac edilmiş və 2006-cı il Livan müharibəsi ilə İraq və Suriyadakı vətəndaş müharibələrində də istifadə edilmişdir. İstilik döyüş başlığına malikdir. == Ad == RAAD fars dilində ildırım deməkdir. Bu qısaltma deyil və bir çox mənbədə adım böyük hərfləri yazılmır.
Raad (antitank raketi)
Raad (farsca: رعد, "ildırım") və ya RAAD, Sovet 9M14M Malyutka (AT-3b Sagger) raketinə əsaslanan İranın tel başlıqlı tank əleyhinə raketidir. Raad, 1988-ci ildə kütləvi istehsala başlamış və 1997-ci ildə ictimaiyyətə təqdim edilmişdir. İran Müdafiə Sənayesi Təşkilatının bir törəməsi olan Parchin Raket Sənayesi tərəfindən istehsal edilmişdir. Raad ailəsi dörd variantda gəlir: əsas RAAD raketi, 9M14M Malyutka-M-in (AT-3b Sagger) klounu; SACLOS rəhbərli I-RAAD, tandem döyüş başlıqlı RAAD-T və həm tandem döyüş başlıqlı və həm də SACLOS istiqamətləndirmə sistemli I-RAAD-T. I-RAAD-T versiyası ailənin ən müasir və ən çox ixrac edilən üzvüdür. Raad, Toophan (TOW kopyası), Towsan-1 (AT-5B kopyası), Dehlaviyeh (AT-14 kopyası) və Saegheh (M47 Dragon (Əjdaha) kopyası) (İran) ilə birlikdə İranda toplanan bir sıra tank əleyhinə raketlərdən biridir. I-RAAD-T variantı üçün yalnız 400 mm RHA nüfuzu ilə, RAAD müasir və ya köhnə döyüş tanklarına qarşı istifadə edilmir və əsasən ikinci xətt vahidlərinə və ya yumşaq hədəflərə qarşı istifadə olunur. Raad İraq, Livan və Suriyadakı paramilitar qüvvələrə ixrac edilmiş və 2006-cı il Livan müharibəsi ilə İraq və Suriyadakı vətəndaş müharibələrində də istifadə edilmişdir. İstilik döyüş başlığına malikdir. == Ad == RAAD fars dilində ildırım deməkdir. Bu qısaltma deyil və bir çox mənbədə adım böyük hərfləri yazılmır.
Radar əleyhinə raket
Radar əleyhinə raket (ing: (ARM) — anti-radiation missile) — düşmən radiodalğalarının mənbəyini aşkarlamaq və hədəf almaq üçün hazırlanmış bir döyüş raketidir. Bunlar ümumiyyətlə düşmən radarlarına qarşı istifadə üçün nəzərdə tutulmuşdur, eyni zamanda rabitə üçün istifadə edilən kilitləyicilərə və radiolara qarşı da istifadə edilə bilər.
Rakel del Rozario
Rakel del Rozario Masias (3 noyabr 1982, Teror, Qran Kanariya, Las Palmas) — ispanıyalı müğənni, "Morfeyin yuxusu" (isp. Sueño de Morfeo) qrupunun solisti. == Həyatı == Rakel ailədə 6 uşaqdan 2-cisidi. O, 14 yaşından mahnılar yazmağa başlayıb. 17 yaşında kelt musiqi qrupunu rəhbərlik edən Asturias`dan David Feito`ya rast gəlir. 2000-ci ildə Rakel doğma Gran Kanariyanı Asturias üçün tərk edir və Xemà qrupuna qoşulur,nəhayət onlar ilk albomlarını çıxardırlar. Tezliklə David və Rakel Juan Luis Suárez`ə rast gəlirlər, və onlar El Sueño de Morfeo qrupunu yaradırlar. Rakel del Rosario ispan vokalistidir, David və Juan`nin köməyi ilə özlərinin bir çox mahnılarinı yazır və tərtib edir. == Şəxsi həyatı == 17 noyabr 2006-ci ildə Formula 1 pilotu Fernando Alonso ilə evlənir. Onlar İsveçrənin Mont-sur-Rolle şəhərinə köçmədən öncə İngiltərənin Oksford şəhərində yaşamışdırlar.
Raket
Raket, nadir hallarda raket (it. rocchetta – fırlanan ox) — reaktiv qüvvə ilə işləyən uçan aparat. O, ətraf mühitdən asılı olmayaraq işləyir və hətta havasız şəraitdə təcillənə bilir. Raket sözü geniş mənada tətbiq olunur, o bayramlarda istifadə olunan kiçicik raketlərdən tutmuş kosmosa uçana qədər böyük bir spektri əhatə edir. Öz idarə sisteminə malik raketlər fəzada mürəkkəb hərəkətlər edə bilir, onlar hətta uçan cismləri izləmək imkanına qadirdirlər. Atılan raketlərdən fərqli olaraq özü start götürənlər daha böyük təcillənmə vaxtına malikdirlər. Bu da gövdəyə düşən yükü azaldır. Nəticədə raketlərin gövdələrini yüngül hazırlamaq olur. == Tarixi == İlk raket tarixi mənbələrə əsasən 1266-cı ildə Çində mövcud olmuşdur. Monqollara qarşı müharibədə çinlilər Kay-Kenq adlı raketdən istifadə etmişlər.
Raket Müdafiə Agentliyi
Raket Müdafiə Agentliyi (ing. Missile Defense Agency) ABŞ Müdafiə Nazirliyində ballistik raketlərə qarşı laylı bir müdafiə yaradılmasından cavabdeh bir agentlikdir. Agentliyin başlanğıcı 1983-ə gedib çıxır. 1993-də adı "Ballistik Raket Müdafiə Təşkilatı" olaraq dəyişdirilib, amma yenə 2002-də əvvəlki adına qaytarılmışdır.

Значение слова в других словарях