Hrim-2 (raket sistemi)

Ukraynada "Qrom-2" operativ-taktiki raketi sınaqdan keçirilib. Raket sınaqlarının videogörüntüləri Ukraynanın milli sənaye portalında yerləşdirilib.

Hrim-2 və ya Qrom 2 (ukraynca:«Оперативно-тактичний ракетний комплекс «Грім»)
Hrim-2 taktiki qısa mənzilli ballistik raket
Hrim-2 taktiki qısa mənzilli ballistik raket
Tipi Qısa mənzilli ballistik raket
Ölkə
İstehsal tarixçəsi
Konstruktor Yuzhnoye Design Office və A.M. Makarov Southern Machine-Building Plant (Yuzhmash).
İstehsalçı Yuzhnoye Design Office
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Görüntülərdən də aydın olur ki, raketin mühərriki xüsusi sınaq poliqonunda sınaqdan keçirilir. Həmçinin bir neçə il öncə Ukrayna hərbi sənayesi bu raket üzrə işlərə başladı, lakin maddi-texniki problemlərə görə, işlər təxirə salındı. Raket üzərində Belarusdan olan mütəxəssislər çalışır və raketlər Belarus istehsalı olan mobil platformanın üzərində yerləşdirilib.

"Qrom-2" raketlərinin sifarişçisi, investoru və təbii ki, hüquqi sahibi Səudiyyə Ərəbistanıdır.[1] Ukrayna tərəfi sadəcə olaraq bu raketlərin hazırlayıcısıdır. Bununla belə, kompleksin tam hazırlığı halında Səudiyyə Ərəbistanının icazəsi ilə Ukrayna tərəfi onları satış hüququ ilə birgə ala bilər. Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı ilk "Qrom-2"ləri 2019-cu ildə əldə etməyi planlaşdırır".

"Belə operativ-taktiki raketlər demək olar ki, hər ölkədə var. Onların əsas tapşırığı kütləvi məhvetmə, o cümlədən nüvə silahlarına zərbələrin endirilməsidir. Bununla belə, fuqas başlıqlar effektli və sərfəli deyil. Yeri gəlmişkən, SSRİ-də R-300 "Skad" kompleksləri yaradılmışdı və İraq prezidenti onu alaraq bütün İsraili Tel-Əvivə raket atacağı hədəsi ilə qorxuda saxlayırdı".

"Qrom-2" öz sinfi üçün yetərincə normal nümunədir. Bütün atışlar və şassinin sınaqları uğurla tamamlanıb, lakin hələ atışa hazırlıq zamanı və zərbə dəqiqliyinin xüsusiyyətləri ilə bağlı dəqiq məlumatlar yoxdur.

"Lakin "Qrom-2"nin istənilən növ döyüş, həm müdafiə, həm də hücum əməliyatlarına uyğun olması barədə danışa bilərik. Bu operativ-taktiki raket komplekslərinin "vaksin"inə gəlincə isə, o sadəcə mövcud deyil. "Qrom-2" 6 dəqiqə ərzində 300 kilometr məsafə qət edir və təbii ki, heç kəs onu vurmağa çatdıra bilməz. Ən azından hələ bunun praktiki nümunələri yoxdur".

Raketin sınaqlarına 2019-cu ildən etibarən başlanılacağı gözlənilir.[2] Raketin döyüş başlığı 500 kq (1100 lb) ağırlığındadır. 50 km (31 ml) −400–500 km (250–310 ml) arasındakı əməliyyatlar üçün nəzərdə tutulmuşdur. Raketin mühərriyi tək mərhələli bərk yanacaqla işləyir. Raket sınaq poliqonlarında 280 km-lik məsafə qət etməyi bacarmışdır, ancaq raketin texniki xüsusiyyətləri ona 500 km-lik məsafəni qət etməyə imkan verir.[3][4]

"Cənub" bürosunun digər məşhur layihəsi, Səudiyyə Ərəbistanının maraqlarına uyğun olaraq inkişaf etdirilən "Qrom-2" raket sistemidir. Ciddi desək, "Qrom-2" layihəsi 2006-cı ildə inkişaf etdirilməyə başlayan, lakin faktiki olaraq 2013-cü ildə bağlanan "Sapsan" raket kompleksinin xələfidir. O zamankı müdafiə naziri Pavel Lebedyev layihənin bağlanmasına pul vəsaitlərinin məqsədyönlü istifadə edilmədiyini əsas gətirdi. İndi tədricən "Qrom-2" sınaqları da irəlləyir: 2018-ci il yanvarın 3 — də bu raket sistemində istifadə ediləcək ballistik raket mühərrikinin sınaqlarının video görüntüləri yayımlandı.

" "Qrom-2" bütün sınaq mərhələlərini keçdikdən sonra Ukrayna ordusu tərəfindən qəbul etməsi planlaşdırılır", — deyə Sergey Zqures bildirib. Eksport versiyası ilə müqayisədə "Qrom" raketinin imkanları bir qədər genişləndiriləcək.

"İxrac versiyası üçün məhvetmə radiusu 280 km göstərilir. Maksimum potensialı isə təxminən 450–500 km olduğu təxmin edilir. Bu isə raketi Ukrayna üçün daha faydalı və cəlbedici edir", — deyə Maksim Gluşenko bildirib.

Müqayisə sistemləri

[redaktə | mənbəni redaktə et]
  1. Ukraine unveils new Hrim-2 short-range ballistic missile (Photos, video) Arxivləşdirilib 2019-02-24 at the Wayback Machine, UNIAN (03 January 2018)
  2. "More details about Ukraine's new tactical ballistic missile revealed". 2019-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
  3. Ukrainian Media Claim New Grom-2 Short Range Missile System 'Can Strike Moscow' Arxivləşdirilib 2021-01-17 at the Wayback Machine, Sputnik News (16 November 2016)
  4. "Arxivlənmiş surət". 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.