RAVİ
RAVİLƏ
OBASTAN VİKİ
Ravil Hümbətov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Ravil Novruzov
Ravil Elman oğlu Novruzov (5 sentyabr 1986, Giləzi, Abşeron rayonu – 2 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Ravil Novruzov 1986-cı ilin 5 sentyabr günündə Xızı rayonunun Giləzi kəndində anadan olub. == Hərbi xidməti == Gizir Ravil Novruzov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Ravil Novruzov doğulduğu Xızı rayonunun Giləzi kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Novruzov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Ravil Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Ravil Qaynutdin
Ravil Qaynutdin — Moskva Ali İslam Ruhani Kollecinin professoru, Beynəlxalq Slavyan və Beynəlxalq İnformatizasiya akademiyalarının, eləcə də Rusiya prezidenti yanında Dini Qurumlarla İş üzrə Şuranın üzvü, Rusiya Müftilər şurasının sədri. == Həyatı == Ravil İsmayıl oğlu Qaynutdinov 1959-cu il avqust ayının 25-də Tatarıstan Respublikasının (TR) Şali rayonunda tatar ailəsində anadan olub. Hal-hazırda Rusiya Federasiyası (RF) Müftilər Şurasının sədridir. Etnik baxımdan tatar olan R.Qaynutdin RF İctimai Palatasının da üzvüdür. == Dini fəaliyyəti == Gənc yaşlarında Kazan televiziyasında rejissorun köməkçisi işləyən Ravil 1979-cu ildə Özbəkistanın Buxara şəhərinin "Mir Ərəb" mədrəsəsinə daxil olur. Mədrəsədə təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra o, Kazanın ikinci "Nur İslam" mərkəzi məscidinın ilk imam-xətibi təyin olunur. Qaynutdin 1985-ci ildə Ufada RF və Sibir Müsəlmanları Ruhani İdarəsinin məsul katibi seçilir. 1987-ci ildə Moskva Cümə Məscidinin imam-xətibi, bir il sonra isə həmin məscidin Baş imam-xətibi seçilir. R.Qaynutdin 1991-ci ildə Moskva və Moskvaətrafı bölgəsi üzrə İslam Mərkəzinin prezidenti vəzifəsinə təyin olunur. 1994-cü il yanvar ayının 29-da Rusiya Müsəlmanları Ruhani İdarəsi Mərkəzi-Avropa regionunun müftisi seçilən R.Qaynutdin 2 il sonra isə Rusiya Müftilər Şurasının sədri olur.
Ravil Yusifli
Ravil Yusifli (20 mart 1998-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Zaqatala klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Zaqatala === Yusifli Qəbələ akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2018-ci ilin yanvar ayında Zaqatala klubu ilə müqavilə imzalamışdır. Yusifli öz peşəkar karyerasında debütünü Zaqatala klubu ilə 16 fevral 2018-ci ildə Qaradağ Lökbatan klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Azərbaycan Birinci Liqası görüşündə Zaqatala rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 20 fevral 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.