Ravil Hümbətov

Ravil Mübariz oğlu Hümbətov (10 yanvar 1987; Cəbrayıl rayonu, Azərbaycan SSR — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.[1]

Ravil Hümbətov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Yarəhmədli, Cəbrayıl, AzSSR
Vəfat tarixi (35 yaşında)
Vəfat yeri Kəlbəcər rayonu, Azərbaycan
Dəfn yeri II Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri —2022
Rütbə Leytenant
Döyüşlər Azərbaycan–Ermənistan sərhəd toqquşması (2022)

Həyatı[redaktə | mənbəni redaktə et]

Ravil Hümbətov 1987-ci il yanvar 10-da Cəbrayıl rayonunun Yarəhmədli kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) bitirib. Ailəli idi. 2 qızı var idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Hümbətov 7 yaşında çıxarıldığı torpaqlara döyüşçü kimi qayıtmış, 44 günlük Vətən müharibəsində iştirak etmişdir.[2] 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (ingilis). 2022-09-17. 2022-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17.09.2022.
  2. Mədəniyyət TV. "Ravil Hümbətovun şəhadətindən 1 il ötür" (az.). Youtube.com. 15.09.2023. İstifadə tarixi: 2023-09-15.