ray
rayberləmə
OBASTAN VİKİ
Paul Rayber
Paul Rayber (alm. Paul Reiber‎; 15 noyabr 1904 – 1992) — almaniyalı Yunan-Roma güləşçisi, Almaniya çempionu və Avropa Çempionatının mükafatçısı. 1904-cü ildə anadan olmuşdur. 1922-ci ildə Vürtemberq torpağının çempionu oldu. 1925-ci ildə Almaniya çempionatında qızıl medal qazandı və Avropanın Çempionatında 4-cü yeri tutdu. 1926-cı ildə Avropa Çempionatının gümüş mükafatçısı oldu və Almaniya çempionatında 2-ci yeri tutdu. 1927-ci ildə Almaniya çempionatının bürünc mükafatçısı oldu. 1929-cu ildə yenidən Avropan çempionatında iştirak etdi, amma orada yalnız 6-cı oldu.
Rayberləmə
Rayberləmə dedikdə deşiklərin rayber aləti ilə sürtünmə effekti ilə mexaniki emalı nəzərdə tutulur. Bu tenologiya ilə deşiyin həm forma dəqilqiyi artır, həm də səthinin kələkötürlüyü yaxşılaşır. Rayberləmə deşikdə düzgün forma, yüksək ölçü dəqiqliyi və kələkötürlük almaq üçün rayber aləti (Rayber) tətbiq edilən tamamlama (təmiz emal) mexaniki emal üsuludur. Rayberləmədə qalınlığı maksiumum 0,5 mm olan pay çıxarılmaqla, deşikləri 2-3 dəqiqlik və 7-8-ci təmizlik siniflərində hazırlamaq olur. Xüsusi hallarda kəscilik qabiliyyəti yüksəldilmiş alətərin tətbiqi ilə bu parametrləri daha da yaxşılaşdırmaq olur. Proses yalnız soyuducu-yağlayıcı mayenin tətbiqi ilə aparılır. Təmiz rayberləmədə kəsmə dərinliyi 0,5-0,25 mm-i keçmir. Rayberləmədə kəsmə parametrləri şəkil 1-də verilmişdir. Kəsmə rejimləri rayber alətinin növündən asılı olaraq müxtəlif olur. Bir tilli alətlərdə nisbətən aşağı veriş verməklə böyük kəsmə sürətlərində (poladın emalında: v=25-90 m/dəq) emal aparmaq mümkündür.