rayberləmək
rayihə
OBASTAN VİKİ
Con Rayder
Con Rayder (ing. John Ryder) — professor, Xəzər Universitetinin rektoru. == Həyatı == Con Rayder 1951-ci il sentyabrın 29-da Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində anadan olmuşdur. == Təhsili == Bakalavr təhsilini 1973-cü ildə Kortlandda Nyu-York Dövlət Universitetində bitirmiş, Stony Brook Universitetində (Nyu-York Dövlət Universiteti ilə bağlı) təhsilini davam etdirərək, 1977-ci ildə fəlsəfə ixtisası üzrə magistr elmi dərəcəsi almışdır. Həmin universitetdə doktoranturada oxumuş, 1982-ci ildə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. == Fəaliyyəti == 1980–1985-ci illərdə Kortlandda Nyu-York Dövlət Universitetinin mühazirəçisi olmuş, 1985–2002-ci illərdə həmin universitetin professoru vəzifəsini daşımışdır. 1991–1996-cı illərdə universitetin fəlsəfə departamentinin müdiri, 1995–1996-cı illərdə Şərqi və Mərkəzi Avropaşünaslıq Layihəsinin yaradıcısı və direktoru olmuşdur. 1996–2002-ci illərdə Kortlandda Nyu-York Dövlət Universitetinin Humanitar Elmlər fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1700 tələbənin təhsil aldığı, 160 akademik proqramın həyata keçirildiyi fakültənin 16 akademik departamentinə və 3 mərkəzinə rəhbərlik etmişdir. 2002–2010-cu illərdə Con Rayder Amerika və Rusiyaşünaslıq Mərkəzinin direktoru olmuşdur.
Rayder (estrada)
Rayder (ing. rider) — artist, musiqiçi və yaradıcı kollektivlər tərəfindən çıxışı üçün irəli sürülən bütün tələblər. Əks halda artıst ilkin ödənişi qaytarmadan çıxışdan imtina etmək hüququna malikdir. == İstinadlar == == Xarici keçidlər == Payderin istifadə edilməsinin xüsusiyyətləri barədə məqalə (rus.).
Vaynona Rayder
Vaynona Rayder (ing. Winona Ryder/) — Peşəkar olaraq Winona Ryder kimi tanınan, Amerikalı aktrisadır. O, Qızıl Qlobus Mükafatı da daxil olmaqla bir neçə mükafatın sahibidir və iki Akademiya Mükafatına namizəd olub . O, əvvəlki filmlərində qəribə rollar alması, daha sonra 1990-cı illərdə daha görkəmli rollar oynaması ilə tanınır.
Henri Rayder Haqqard
Henri Rayder Haqqard (ing. Henry Rider Haggard, 22 iyun 1856, Bradenem, (Norfolk qraflığı) — 14 may 1925 London) — İngilis yazıçısı. == Həyatı == Elə uşaqlıqdan həm bacı-qardaşlarından, həm də məhəllədəki digər həmyaşıdlarından xarakterinə görə fərqlənən Henri Rayder kiçik yaşlarından həyata qəribə xəyallar quraraq baxırdı. Çox zaman özünə qapılar, gizli düşüncələrində yaşardı. Bəlkə də elə bu daxili keyfiyyətlərinə görə idi ki, o, çox erkən yaşlarında sevginin tamını daddı. Amma bu erkən sevgi Henriyə yalnız əzab yaşatdı. 19 yaşına çatar-çatmaz Henri artıq qonşuluqda yaşayan Lili Ceksona vurulmuşdu. Bütün aşiq olan gənclər kimi o da həyatını sevdiyindən ayrı təsəvvür edə bilmirdi. Lakin Henri onu da bilmirdi ki, atası Uilyam Haqqard bu sevgiyə uşaq həvəsi kimi baxaraq gənclərin belə tez evlənməsinə razılıq verməyəcək. Hətta bu işi nöqtələmək üçün oğlunu uzaq bir ölkəyə - Cənubi Afrikaya göndərəcək.