ALABƏY
ALAN
OBASTAN VİKİ
Alaxan Sultan
Alaxan Sultan, Alya xan Sultan Abil oğlu (uyğ. Alahan Sultan) — İli bölgəsindəki 1864-cü il Uyğur üsyanının liderlərindən biri və hazırda ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunda, tarixi Şərqi Türkistan ərazisində mövcud olan dövlət olan İli sultanlığının hökmdarı. == Həyatı == Alaxan Sultan Külçədə, Uyğur məmurların ailəsində anadan olub. İli bölgəsində 1864-cü il uyğurlar və dunqanların üsyanının fəal iştirakçısı olub. Əbdürəsul bəy və Sadır Pəlvanla birlikdə üsyanın əsas təşkilatçılarından sayılırdı. 1865-ci ildə dövlətin hökmdarı olan Məzəmzət bəy tərəfindən Əbdürəsul bəyin öldürülməsindən sonra müxtəlif uyğur qrupları arasında qarşıdurma başladı. Bu qarşıdurmalar dunqanlarla münasibətdə daha ağır formada baş qaldırmışdı. 2 fevral 1865-ci ildə Çin qalası Bayandayın Alaxan və Sadır Pəlvan qüvvələri tərəfindən ələ keçirildikdən sonra onların qruplaşması daha da gücləndi. Bir sıra sui-qəsdlər və qətllər nəticəsində Molla Şövkət Axund hakimiyyətə gəlir. 1866-cı ilin yayında İli diyarı ərazisi üsyançıların əlinə keçir.Əvvəllər Çin hökumətinə qarşı birlikdə mübarizə aparan uyğurlarla dunqanlar arasında döyüşlər baş verir.
Alaxançallı
Alaxançallı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qaraqullar kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin ortalarında yaranmışdır. Tədqiqatçıların bir hissəsi toponimi ayrımların alaxançallı nəslinin adı ilə, digər hissəsi isə "xəncər gəzdirən Alı" yozumu ilə bağlayırlar. Bu oykonim 1917-ci ildə Alıxançalı şəklində qeydə alınmışdır. Oykonimin düzgün variantı da elə budur. Kəndin adı Alıxan (antr., alıxanlı nəslinin banisi), çal (bozqır, geniş düzən, meşəsiz sahə) və -ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "Alıxana və ya alıxanlı nəslinə aid düzənlik yer" deməkdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncəçayın sahilində, Qoşqar dağının ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Alaxançallı kənd kitabxana filialı, Alaxançallı kənd klubu fəaliyyət göstərir.
взя́точничествовать дознава́тель командо́р моло́дчик на полдоро́ги наложе́ние свито́й стру́нник тряпкору́бка есау́лов пры́снуть цыпля́чьи мозги конфетти пысконить discreetly diving-rudder epagogic ewer herb-woman lovable sarcophagi tuff unbookish used up поплиновый