Alaxan Sultan, Alya xan Sultan Abil oğlu (uyğ. Alahan Sultan) — İli bölgəsindəki 1864-cü il Uyğur üsyanının liderlərindən biri və hazırda ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunda, tarixi Şərqi Türkistan ərazisində mövcud olan dövlət olan İli sultanlığının hökmdarı.[1]
Alaxan Sultan | |
---|---|
uyğ. Alahan Sultan | |
Üçüncü İli sultanı | |
1867 – 1871 | |
Əvvəlki | Molla Şövkət Axund |
Şəxsi məlumatlar | |
Doğum yeri | Külçə Sin İmperiyası |
Vəfat yeri | Almatı Rusiya imperiyası |
Dəfn yeri | Almatı Rusiya imperiyası |
Milliyyəti | uyğur |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Alaxan Sultan Külçədə, Uyğur məmurların ailəsində anadan olub. İli bölgəsində 1864-cü il uyğurlar və dunqanların üsyanının fəal iştirakçısı olub. Əbdürəsul bəy və Sadır Pəlvanla birlikdə üsyanın əsas təşkilatçılarından sayılırdı. 1865-ci ildə dövlətin hökmdarı olan Məzəmzət bəy tərəfindən Əbdürəsul bəyin öldürülməsindən sonra müxtəlif uyğur qrupları arasında qarşıdurma başladı. Bu qarşıdurmalar dunqanlarla münasibətdə daha ağır formada baş qaldırmışdı.
2 fevral 1865-ci ildə Çin qalası Bayandayın Alaxan və Sadır Pəlvan qüvvələri tərəfindən ələ keçirildikdən sonra onların qruplaşması daha da gücləndi. Bir sıra sui-qəsdlər və qətllər nəticəsində Molla Şövkət Axund hakimiyyətə gəlir. 1866-cı ilin yayında İli diyarı ərazisi üsyançıların əlinə keçir.Əvvəllər Çin hökumətinə qarşı birlikdə mübarizə aparan uyğurlarla dunqanlar arasında döyüşlər baş verir. Getdikcə şiddətlənən toqquşmalarda dunqanlar ciddi itkilər verməyə başlayır. Nəticədə dunqanların rəhbəri olan Açji Axund öldürülür. İyunda Xivasa dunqanların rəhbəri olur. Lakin o, bir şey edə bilmir və dunqanlar döyüşdə məğlub olurlar.
1866-1867-ci illərdə dunqanlarla bir neçə dəfə toqquşmalar zamanı Alaxan qüvvələri qələbə qazanır və İli bölgəsi ərazisinə nəzarəti tamamilə ələ keçirir. Elə həmin il Molla Şövkət Axund taxtdan endirildi və Alaxan İli uyğurlarının rəhbərləri tərəfindən Sultan seçildi.[2]
Sərhəddində müstəqil türk dövlətinin yaranmasının qəbul edə bilməyən Rusiya imperiyası İli sultanlığına münasibəti yaxşı olmur. Hər iki dövlət arasında gərgin münasibətlər hökm sürür. Ruslar qazaxların soyundan olan sultan Tazabekin sultanlıq ərazisində olmasını bəhanə edərək sultanlığın ərazisinə soxulur[3].
1871-ci ildə rus qoşunları general Qerasim Kolpakovskinin başçılığı ilə sultanlığın ərazisinə soxulur. Döyüş nəticəsində sultanlığın qoşunları məğlub olur. 1300 mil² ərazi və 200,000 əhali rusların tabeçilinə keçir[4]. İli sultanı Alaxan Sultan əsir alınaraq rusların hərbi istehkamı olan Vernıy (indiki Almatı) istehkam şəhərinə aparılır. Alaxan Sultan burada vəfat edir.
Xalq arasında Sultan Kurqan adlanan Alaxan Sultan ona məxsus mülklərdən birində Almatı uyğurlarının kompakt yaşayış yeri olan müsəlman qəbiristanlığında dəfn edilib.